Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
27014
az

ŞAD XƏBƏR! Sahibkarlar yer pulundan azad olundu

12:4123 Mart, 2020
1413
REDAKTORUN SEÇİMİ
  • A

Koronavirusla bağlı paytaxtda fəaliyyət göstərən iri ticarət mərkəzləri (“Mall”lar) fəaliyyətini bir ay müddətinə dayandırır. “Sədərək” Ticarət Mərkəzinin İdarə Heyətində isə koronavirusla bağlı müşavirə keçirilib.

Oxu24.com  xəbər verir ki, bu barədə Oxu.Az-a Mərkəzin İdarə Heyəti sədrinin müşaviri Mikayıl Qədimov məlumat verib.

Onun sözlərinə görə, mövcud vəziyyətlə əlaqədar vətəndaşlara kömək məqsədilə mərkəzdə işləyən bütün sahibkarların yer pulundan azad olunması barədə qərar qəbul edilib:

“İdarə heyətinin sədri Yusif Qədimovun tapşırığı ilə martın 15-dən başlayaraq bütün sahibkarlar yerpulundan azad ediliblər. İdarə Heyətinin qərarına əsasən, “Sədərək” Ticarət Mərkəzində işləyən sahibkarlar istənilən vaxt mağazalarını bağlaya və məzuniyyət götürə bilərlər.

Ölkədə koronavirus təhlükəsi davam etdiyi müddətcə heç bir sahibkardan yer pulu alınmayacaq. Bazar fəaliyyətini davam etdirsə də, bu, dəyişməyəcək. Bundan başqa, “Sədərək” Ticarət Mərkəzi də mövcud vəziyyətlə mübarizə üçün yaradılmış Koronavirusla Mübarizə Fonduna ilkin olaraq 100 min manat yardım köçürüb”.

M. Qədimov onu da əlavə edib ki, mərkəz ərazisində də koronavirusla mübarizə üçün qabaqlayıcı tədbirlər görülür, bazar ərazisi mütəmadi olaraq dezinfeksiya olunur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Bu gecədən başlayaraq mayın 25-dək... - Əhaliyə MÜHÜM XƏBƏRDARLIQ
SON DƏQİQƏ! Əhaliyə xəbərdarlıq edildi:Mayın 19-u günün ikinci yarısı...

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Vüsal Həşimov həbs olunub