Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
25832
az

Türk ordusu generalı vurdu, rus və Əsəd qüvvələri geri çəkildi - Şiddətli DÖYÜŞLƏR GEDİR

16:2805 Mart, 2020
682
  • A

Türkiyə Silahlı Qüvvələri Suriyanın İdlib şəhərində Dəməşq rejiminə qarşı başlatdığı “Bahar qalxanı” hərəkatı çərçivəsində Silahlı Pilotsuz Uçuş Aparatları və top atışları ilə qarşı tərəfin mövqelərinə ağır zərbələr endirib.

Publika.az xəbər verir ki, nəticədə rejimə bağlı Aslan Qüvvələrinin komandanı Süheyl Həsən ağır yaralanıb. Əsədin yaxın əsgərlərindən biri olan Həsən Rusiyanın Suriyada ən çox dəstək verdiyi komandanların birincisidir.

 

Milli Müdafiə Nazirliyi İctimaiyyətlə Əlaqələr Müşavirliyi Plan, Koordinasiya və Analiz Şöbəsinin müdiri Olcay Denizer ötən gün 2 türk əsgərinin şəhid olduğu və 6-nın yaralandığı hücumdan sonra rejimin müəyyən edilən hədəflərinə hücum olunduğunu bildirib.

Sərakib rayonundakı hücumlarını artıran rejim ordusu İdlibin cənub-qərbindəki Neyraba bir çox cəbhədən hücuma keçib. Hücuma cavab verən müxaliflər TSQ-nın top atışları və havadan dəstəyi ilə rejim ordusunu geri oturdub.

 

Bölgədə münaqişənin Sərakibin ətrafına qədər yayılmasından sonra ötən gün qəsəbəyə yerləşən rus ordusu hücumlara məruz qalmamaq üçün qəsəbədən geri çəkilməyə başlayıb.

TSQ-nın dəstəyi ilə rejim ünsürlərinə qarşı hərəkətə keçən suriyalı müxaliflər meydanda yenidən irəliləməyə başlayıb. İnsidentlər zamanı 9 rejim əsgəri ölüb.

Müxaliflərin bir neçə cəbhədən hücuma keçməsindən sonra rusların və rejimin döyüş təyyarələri bir çox nöqtəni ağır şəkildə bombardman edib. Rusiyanın döyüş təyyarələri 81, Əsədinkilər isə 27 aviahücum təşkil edib.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda dəhşətli anlar: Qadını zorla maşına mindirib..
APA TV - nin əməkdaşı vəfat edib
Axtarışda olan İlhamə saxlanıldı - RƏSMİ

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Polis Lerikdə əməliyyat keçirdi: Narkokuryerlər tutuldu