Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
24759
az

SON DƏQİQƏ! Bakıda iki nəfər Koronavirusa görə xəstəxanaya yerləşdirildi

09:4719 Fevral, 2020
350
  • A

Kliniki Tibbi Mərkəzdən Səhiyyə verilən məlumata görə, fevralın 19-u üçün yoluxucu xəstəliklər şöbəsinə 2 nəfər yerləşdirilib.

Oxu24.com  xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.

Onlar Çinin Huancou şəhərində təhsil alan 1997-ci il təvəllüdlü iki Azərbaycan vətəndaşıdır. Hər ikisi Çinin Şanxay şəhərindən təyyarə ilə Moskvaya daha sonra isə Bakıya gəliblər.

Bu gün gecə saat 3 radələrində hava limanına daxil olan tələbələr öz istəkləri ilə, həkim müşahidəsi üçün, Kliniki Tibbi Mərkəzə çatdırılıblar.

Qeyd edək ki, Çinin Huancou şəhəri xəstəlik alovlanan ərazidən kənarda yerləşir. Həkim müşahidəsinə götürülən tələbələrin xəstə şəxslərlə kontaktı olmayıb.

Saat 07:30 üçün yoluxucu xəstəliklər şöbəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə hər iki şəxsin bədəninin hərarəti normaya uyğundur, səhhətlərində problem yoxdur.

Həkim müşahidələri davam edir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məhkəmə Qubad İbadoğlu ilə bağlı qərar verib
Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ!
Azərbaycanda  müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü 

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
17 yaşlı qız faciəvi şəkildə öldü