Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
21157
az

Bu icra başçılarının “yuxusu ərşə çəkilib” – PA-ya daha çox hansı rayonlardan şikayətlər daxil olub?

11:1920 Dekabr, 2019
609
REDAKTORUN SEÇİMİ
  • A

Xəbər verdiyimiz kimi, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin

Quliyev, onun birinci müavini Tatarov Ramiz dekabrın 18-də axşam saatlarında xüsusi xidmət orqanları əməkdaşları tərəfindən külli miqdarda rüşvət alma ittihamı ilə saxlanılıb. Ertəsi gün isə icra hakimiyyəti başçısının daha bir müavini tutulub. Bu başçının humanitar məsələlər üzrə müavini Lalə Eyyubovadır.


İctimai rəy bu ardıcıl xəbərlərin şokundan ayılmamış daha bir icra başçısının həbs edilməsi xəbəri yayıldı və az keçməmiş təsdiqləndi. Məlum oldu ki, Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov da saxlanılıb. Bunun ardınca isə cəzalandırmaların davam edəcəyi, işində ciddi nöqsanlara yol vermis məmurlara güzəşt edilməyəcəyi haqda xəbərlər intensivləşməyə başlayıb.


Sfera.az mövzunun ictimai yükünü və maraqlılığını nəzərə alaraq daha hansı icra başçılarının cəzalandırıla biləcəyinə dair ehtimallarını irəli sürüb. Həmin ehtimalları qüvvətləndirən nüanslar kimi isə bu icra başçıları barəsində yuxarı instansiyalara edilən çoxsaylı şikayətlər əsas götürülüb.


Prezident Administrasiyasına daxil olan şikayət və müraciətlərin coğrafiyasının təhlili bu baxımdan əvəzsiz mənbə sayıla bilər. Bəs həmin müraciətlərdə hansı qurumların fəaliyyətindən narazılıqlar daha çox ifadə olunub?

 

Təhlillər göstərir ki, müraciət və şikayətlərin sayı əvvəlki illə müqayisədə Bakı şəhərinin bəzi rayonlarından, Gəncə, Mingəçevir, Naftalan, Şəki, Yevlax, Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Ağsu, Beyləqan, Bərdə, Cəbrayıl, Gədəbəy, Hacıqabul, Xızı, İmişli, Kəlbəcər, Kürdəmir, Laçın, Neftçala, Oğuz, Saatlı, Şamaxı, Şəmkir, Zəngilan, digər şəhər və rayonlardanartıb.


Vətəndaşların müraciətlərinin coğrafiyası, mövzusu, növləri ilə yanaşı, hər 1000 nəfərə düşən müraciətlərin sayı da böyük önəm daşıyırvə bu göstərici yerlərdə vətəndaş müraciətlərinin dinamikası və ümumi vəziyyəti barədə daha aydın təsəvvür yaradır. Məsələn, 2018-ci ildə əhalinin hər 1000 nəfərinə düşən müraciətlərin sayı Bakının Xətai, Xəzər və Sabunçu rayonları, Mingəçevir, Naftalan, Ağcabədi, Ağdam, Ağsu, Astara, Beyləqan, Bərdə, Cəbrayıl, Gədəbəy, Göygöl, İmişli, Kəlbəcər, Laçın, Saatlı, digər şəhər və rayonlarda daha yüksək olub.


Müraciətlərin mövzularına nəzər saldıqda isə daha çox sosial müdafiə, dövlət qulluğu, hüquq mühafizə orqanlarının fəaliyyəti, o cümlədən əfv məsələləri, habelə mənzil, şəhərsalma və tikinti, nəqliyyat, maliyyə və bank, bələdiyyələrin fəaliyyəti və digər məsələlər üstünlük təşkil edir.


 

Yerli icra hakimiyyəti orqanlarında isə bilavasitə vətəndaşlardan və yuxarı dövlət orqanlarından daxil olmuş müraciətlərin nisbəti 51,6 faiz və 48,4 faiz təşkil edib.


Təhlillər göstərir ki, bəzi şəhər və rayonlardan olan vətəndaşlar yaşadıqları ərazinin yerli icra hakimiyyəti orqanları ilə müqayisədə yuxarı dövlət orqanlarına daha çox müraciət edirlər.

 

Məsələn, Bakı şəhərinin bəzi rayonları, Mingəçevir, Naftalan, Yevlax, Ağdam, Ağsu, Astara, Beyləqan, Bərdə, Cəbrayıl, Göyçay, Göygöl, İmişli, Kəlbəcər, Kürdəmir, Qəbələ, Qobustan, Laçın, Neftçala, Samux, Siyəzən, Şamaxı, Yardımlı, digər şəhər və rayonların icra hakimiyyətlərinə bilavasitə daxil olan müraciətlərin sayı həmin rayonlardan yuxarı orqanlara göndərilən müraciətlərə nisbətən daha az olub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Əhliyə xəbərdarlıq!Mayın 12-si axşamdan 13-dək...
Avroviziyanın filanında gərginlik: İsrail 12 xalı görün kimə verdi - VİDEO

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı