“Melissa Group” binanı özbaşına sökübmüş — AÇIQLAMA
27 Mart 2025, 22:18
Qaynar xətt:
(+99450) 247 90 86REDAKTORUN SEÇİMİ
2907
26.12.2024, 13:35
ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova AZAL-təyyarəsinin qəzaya uğraması ilə bağlı maraqlı məqamlara toxunub.
Oxu24.com axar.az-a istinadən yazır ki, o, İnstaqram səhifəsində təyyarədən sağ çıxanlardan biri ilə etdiyi telefon danışığını paylaşıb.
Paylaşımda qəza ərəfəsində təyyarədə baş verənlərə, uçuşa icazə verilməməsi məsələlərinə, pilot və bələdçilərin davranışlarının səbəblərinə aydınlıq gətirilib:
“Bakı-Qroznı reysini həyata keçirən təyyarə Aktau limanı ətrafında qəza edəndən sonra sosial mediada bir çox video və səs yazıları yayılıb. İlk olaraq, bildirmək istəyirəm ki, çöldən edilən müdaxilədən sonra təyyarədən SOS siqnalı verilir və bu siqnal yaxınlıqdakı aeroportlara çatdırılır. Hadisə Rusiya ərazisində baş verdiyi üçün siqnal da Rusiya ərazisindəki aeroportlara göndərilir. Maraqlıdır ki, bu siqnal qəbul edilsə də, təyyarənin enişi baş tutmayıb. Bu sualın cavabı hələlik bilinmir və yaxın günlərdə aydınlaşacaq.
Həmçinin oxuyun
İkinci bir məsələ – bələdçinin sərnişinlərə “qabağa gəlin” deyildiyi eşidilir və bu, insanlarda çaşqınlıq yaradıb. Bəziləri düşünür ki, təlimat düzgün verilməyib. Nəzərə alın ki, təyyarə havada bir saat yarım qalıb və bu müddətdə müxtəlif vəziyyətlər yaranıb. Pilotun tapşırığı ilə bələdçinin səsləndirdiyi bu ifadə, böyük ehtimalla, həmin anda həyata keçirməyi planlaşdırdığı konkret plana bağlı olub. Belə başa düşülür ki, pilot onu qəbul edəcək aeroport üçün hazırlaşırmış. Çünki məcburi eniş zamanı ən önəmli addımlardan biri, sərnişinlərin qabaq qapıya gəlmələridir. Təcili eniş zamanı təyyarənin təkərləri açılmaya bilər və ya sürtünmədən partlayış baş verə bilər. Buna görə pilotun tapşırığı ilə bələdçi sərnişinləri qapıya doğru yönləndirib”.
O, təyyarənin havada çox dövrə etməsi məsələsinə toxunaraq, pilotun bu addımla benzini bitirməyi hədəfləmiş ola biləcəyini qeyd edib:
“Vaxtilə AZAL-da stüardessa işləmiş xanım söylədi ki, pilot və bələdçilər ekstremal vəziyyətlər üçün yüksək təlimlidirlər. O qeyd etdi ki, pilotlar ölümə doğru getdiklərini anladıqda bunu ilk olaraq bələdçiyə bildirirlər. Hökumə xanım, bu dəhşətli anı bilə-bilə sərnişinlərə sakit qalmağı və hər şeyin yaxşı olacağını deyir. Bu, insanlığın, peşəkarlığın və mənəvi gücün ən böyük nümunəsidir. Belə hadisələr zamanı bilmədiyimiz çox məqamlar olur. Ona görə də heç kimi mühakimə etməməli, daha çox həqiqəti anlamağa çalışmalıyıq”.
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL-a məxsus təyyarə Aktau yaxınlığında qəzaya uğrayıb. Son məlumata görə, qəzada 38 nəfər ölüb, o cümlədən hər iki pilot həlak olub, 29 nəfər sağ qalıb.
13:24 / 02 Aprel 2025
11 gün iş olmayacaq
66
12:37 / 02 Aprel 2025
Rusiya 81 xarici KİV-ə qadağa qoyub
14
12:02 / 02 Aprel 2025
Bu tarixdə dərslər başa çatacaq
35
11:57 / 02 Aprel 2025
Verilişi bağlanan Nigar Fərhad haqda gerçək ÜZƏ ÇIXDI: Öz qızını...
722
11:54 / 02 Aprel 2025
Putin Belarusiya ilə münasibətlərdən danışıb
34
11:47 / 02 Aprel 2025
NATO Rusiya ilə ABŞ arasında yaxınlaşmadan narahatdır
41
11:39 / 02 Aprel 2025
Samir Nuriyevin qayınatası vəfat etdi
53
11:34 / 02 Aprel 2025
Prezidentlər təkbətək görüşdü
43
11:13 / 02 Aprel 2025
Toyda dəhşət yaşandı: 9 yaralı var - FOTO
59
10:57 / 02 Aprel 2025
ABŞ Nobel sülh mükafatçısının vizasını
LƏĞV ETDİ
56
10:47 / 02 Aprel 2025
"Hərbçilərə dedim ki,Ağdama Raqufun gözü ilə də baxın..." — Şəhid xanımı ilə MÜSAHİBƏ
498
10:16 / 02 Aprel 2025
Onlar Trampı məyus etdilər
48
10:00 / 02 Aprel 2025
Trampın sərvəti ARTIB
56
09:50 / 02 Aprel 2025
Azərbaycanda bu şəxslərə 2600 manat pul veriləcək — DETALLAR
337
09:41 / 02 Aprel 2025
Neftçalada narkokuryerlikdə təqsirləndirilən şəxs həbs edilib
61
09:38 / 02 Aprel 2025
yaşlı kişi maşını ilə dərəyə yuvarlandı -FOTO
56
09:27 / 02 Aprel 2025
Ermənistan sülhə sadiqdir - Paşinyan
48
09:26 / 02 Aprel 2025
“O yazıq qızı rahat buraxın...” - Mirşahin Ağayev
467
09:19 / 02 Aprel 2025
Kənd sakini xəstəxanada dünyasını dəyişib
65
09:04 / 02 Aprel 2025
Aprel döyüşlərindən 9 il ötür
74
09:04 / 02 Aprel 2025
Zelenskiyə təcili çağırış- OLDU
81
08:55 / 02 Aprel 2025
Güclü YANĞIN - VİDEO
72
22:41 / 01 Aprel 2025
Əməkdar jurnalist vəfat etdi - FOTO
141
22:19 / 01 Aprel 2025
İlon Mask dünyanın milyarderlər siyahısına başçılıq edir.
129
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.