Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106300
az

Masazırda narkoanbar kimi istifadə olunan ev aşkarlanıb, həbs edilənlər var

17:2316 Aprel, 2024
74
REDAKTORUN SEÇİMİ
  • A

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin dövriyyəsinin qarşısının alınması məqsədilə növbəti əməliyyat keçirib.

 

DİN-dən Oxu24.com-a bildirilib ki, tədbir zamanı paytaxt sakini Rəşad Adıgözəlov və tanışı Ağakərim İsmayılov Abşeron rayonu ərazisində saxlanılıblar.

 

Onlardan və Masazır qəsəbəsində narkoanbar kimi istifadə etdikləri evdən 24 kiloqram, o cümlədən 20 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, 2 kiloqram heroin və 2 kiloqram psixotrop maddə metamfetamin aşkar edilib.

 

"R.Adıgözəlov və A.İsmayılov narkotikləri sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı “Babək” adlı şəxsin tapşırığı ilə Binəqədi rayonu Xocahəsən qəsəbəsi ərazisində gizlədilən ünvandan əldə etdiklərini bildiriblər. Saxlanılan şəxslər narkotikləri pul qarşılığında paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirərək bu barədə iranlı narkotacirə məlumat verməli imişlər", - məlumatda qeyd olunub.

 

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Araşdırmalar davam etdirilir.

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sürücülərin diqqətinə: Bu halda polis sizə cərimə yaza bilməz
Qaz olmayacaq - XƏBƏRDARLIQ
SON DƏQİQƏ! FHN dəhşətli hadisə ilə bağlı açıqlama yaydı