Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105712
az

Sabahın havası ilə bağlı  XƏBƏRDARLIQ

13:1607 Aprel, 2024
146
REDAKTORUN SEÇİMİ
  • A

Aprelin 08-də gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən  Oxu24.com-a  verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

 

Günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

 

Mülayim şimal-qərb küləyi əsəcək.


Havanın temperaturu gecə 7-11° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək.

 

Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.

 

Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

 

Axşam yağıntılar əksər rayonlarda tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 7-11° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-8° isti olacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ramiz Abışov vəfat edib
Qaz olmayacaq
Sürücülərin diqqətinə: Bu halda polis sizə cərimə yaza bilməz