Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105466
az

Bu sürücülər 40 manat məbləğində CƏRİMƏLƏNƏCƏK - DYP-dən XƏBƏRDARLIQ 

18:4604 Aprel, 2024
127
REDAKTORUN SEÇİMİ
  • A

Bəzi sosial şəbəkə səhifələrində dövlət qeydiyyat nişanının avto nəqliyyat vasitələrinin ön və arxa hissəsində hansı yerdə bərkidilməsi məsələsi mübahisələndirilir.

 

Oxu24.com  xəbər verir ki, Bakı Şəhər DYP İdarəsindən Bizim.Media-ya verilən məlumata görə, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinin 1-ci hissəsinə əsasən avtomobil nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı lövhələri istehsalçı müəssisə tərəfindən müəyyən edilmiş yerlərə bərkidilir.

 

Bildirilib ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun qeyd olunan tələbinin pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.3-cü maddəsi ilə təqsirli şəxsin 40 manat məbləğində cərimə olunmasına dair məsuliyyət nəzərdə tutulub.

 

"Bütün bunları nəzərə alaraq bir daha sürücülərdən xahişimiz və tələbimiz ondan inbarətdir ki, yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etsinlər", - deyə açıqlamada qeyd olunub.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sürücülərin diqqətinə: Bu halda polis sizə cərimə yaza bilməz
Qaz olmayacaq - XƏBƏRDARLIQ
SON DƏQİQƏ! FHN dəhşətli hadisə ilə bağlı açıqlama yaydı