Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105438
az

Ali Məhkəmədə Maqsud Mahmudovla bağlı qərar qəbul olunub

14:4104 Aprel, 2024
95
REDAKTORUN SEÇİMİ
  • A

Ali Məhkəmədə Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı qərar qəbul olunub

 

Oxu24.com   xəbər verir ki, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən məhkəmə iclasında apellyasiya məhkəməsinin qərarından verilən kassasiya şikayəti təmin olunmayıb.

 

Qeyd edək ki, o, Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum edilib.

 

M.Mahmudov Daxili İşlər Nazirliyinin verdiyi beynəlxalq axtarış nəticəsində 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.

 

O, həmin il sentyabr ayının 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

 

İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.

 

M.Mahmudov Cinayət Məcəlləsinin müvafiq maddələri ilə külli miqdarda ziyan vurmaqla dələduzluqda ittiham olunur. İş üzrə 90 nəfər zərərçəkmiş var.

 

Onlardan ikisi müğənni Afət Fərmanqızı və Vasif Məhərrəmlidir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sürücülərin diqqətinə: Bu halda polis sizə cərimə yaza bilməz
Qaz olmayacaq - XƏBƏRDARLIQ
SON DƏQİQƏ! FHN dəhşətli hadisə ilə bağlı açıqlama yaydı