Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105239
az

Bakıda kuryoz olay: Parik taxıb oğurluğa gedən şəxs tutuldu,görün kim imiş

18:5901 Aprel, 2024
442
REDAKTORUN SEÇİMİ
  • A

Paytaxtın Sabunçu rayonu ərazisində naməlum şəxs müxtəlif vaxtlarda 15 vətəndaşın evini talayaraq pul, qızıl-zinət və digər qiymətli əşyaları ələ keçirib.

 

Oxu24.com   xəbər verir ki, bu barədə Daxili işlər Nazirliyi (DİN) məlumat yayıb.

 

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlarla hadisələri törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş Şamo Əhmədov saxlanılıb. Dindirmə zamanı saxlanılan şəxsin evləri talayarkən kimliyini gizli saxlamaq üçün süni taxma saçdan (“parik”) istifadə etdiyi də müəyyən olunub. Ş.Əhmədov oğurladığı zinət əşyalarını satdığını bildirib.

 

Digər bir oğurluq hadisəsi isə Maştağa qəsəbəsində qeydə alınıb.

 

Qəsəbə ərazisində yerləşən istixanaların birindən 10.000 manat dəyərində transformator, generator, elektrik naqili, su nasosu və istilik təchizat qurğusunun oğurlanması barədə 14-cü PŞ-nə məlumat daxil olub.

 

Keçirilən tədbirlərlə oğurluq əməlini törədən Orxan Rüstəmov, əvvəllər dəfələrlə məhkum olunmuşlar Rafiq Cəfərov və Elmar Xıdırov saxlanılıblar. Hadisələrin təfərrüatları ilə bağlı araşdırmalar davam etdirilir.

 

 

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda həkim güllələnərək öldürüldü - FOTO/TƏFƏRRÜAT
SON DƏQİQƏ! Əhaliyə xəbərdarlıq edildi:Mayın 5-6-da...

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...