Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102390
az

“BBC Azərbaycanca” manipulyativ video yayıb

23:0507 Fevral, 2024
130
REDAKTORUN SEÇİMİ
  • A

“BBC Azərbaycanca” “Seçkilərdə “minbaşı”: “Görmürsünüz, hamı keçib salam verir” başlıqlı video paylaşıb. Məlumatda qeyd olunur ki, “BBC Azərbaycanca”nın əməkdaşı 44 saylı Sumqayıt üçüncü seçki dairəsi, 36 saylı məntəqədə səsverməni izləyib.

Oxu24.com  xəbər verir ki, Faktyoxla Lab. “BBC Azərbaycanca”nın seçki məntəqəsindən hazırladığı videonu araşdırıb.

Əvvəla, “BBC Azərbaycanca”nın hazırladığı bu material açıq-aşkar qanun pozuntusu ilə müşaiət olunub. Belə ki, video-süjet boyunca həmsöhbətin çəkiliş getməsindən xəbərsiz olduğu açıq sezilir. Gizli çəkiliş isə şəxsin konstitusion hüquqlarının pozulması və şəxsi həyatına müdaxilə sayılır.

İkincisi, “BBC Azərbaycanca”nın bu reportajı informasiya manipulyasiyasıdır. “BBC Azərbaycanca”nın müxbiri səmimi ortam yaradaraq, yönləndirci suallarla həmsöhbətindən neqativ məlumat “qoparmağa” çalışır. Amma müxbirin bu niyyəti baş tutmur, səmimi cavablar verən qadın söhbətində neqativ, qanundankənar heç bir fikir səsləndirmir, yalnız “biz insanları seçkiyə gəlməyə təşfiq edirik. Bilirsiniz ki, insanlarımız bir az laqeyiddilər. Çağırırıq ki, gəlsinlər kimə istəyirlər səs versinlər” deyir.

Üçüncüsü, “BBC Azərbaycanca”nın bu reportajı peşəkarlıqdan uzaqdır. Videonun məhz söylənildiyi kimi 44 saylı Sumqayıt üçüncü seçki dairəsi, 36 saylı məntəqədə çəkildiyini təsdiqləyən heç bir təsdiqləyici məlumat, görüntü təqdim olunmur. BBC kimi böyük media qurumunun belə yanaşması nüfuzuna xələl gətirəcək haldır.

Nəticə:

“BBC Azərbaycanca”nın “minbaşı” haqda hazırladığı video-reportaj, jurnalistikanın bir çox prinsiplərinin pozulduğu, müxbirin söhbət etdiyi şəxsin konstitusion hüquqlarının kobud şəkildə pozulması fonunda hazırlanmış, manipulyativ xarakterli, qeyri-peşəkar materialdır.   

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu videoya baxmadan MARKET QATIĞI ALMAYIN! - Səbəbləri
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Dolmadan narkotik çıxdı - FOTO