Qaynar xətt:

(+99450) 247 90 86

Baş nazir Əli Əsədov prezident seçkilərində səs verib

Baş nazir Əli Əsədov prezident seçkilərində səs verib

REDAKTORUN SEÇİMİ

293

07.02.2024, 10:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Baş nazir Əli Əsədov Azərbaycan Prezidenti seçkilərində səs verib.

 

Oxu24.com  xəbər verir ki, Ə.Əsədov 7 saylı Səbail seçki dairəsinin 2 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.

 

Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir.

 

Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.