Əmək pensiyaları ilə bağlı RƏSMİ XƏBƏR
24 Noyabr 2026, 10:40
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
662
05.02.2024, 22:11
Valyuta hərraclarında dollara tələbin yenidən yüksəlməsi müşahidə olunub. Fevralın 1-də keçirilən hərracda 78.7 milyon dollarlıq sifariş qeydə alınıb. 2 gün öncə isə daha 64.2 milyon dollar satılmışdı. Bu son 2 hərracda 142.9 milyon dolların satılması deməkdir. Qeyd edək ki, yanvar ayının 25 və 23 tarixlərində keçirilən hərraclarda sifariş ayrı-ayrılıqda 50 milyon dollara çatmırdı. Bu isə ondan xəbər verir ki, son günlər dollara tələb artıb. Bunun psixoloji tərəfləri olsa da valyuta bazarında volatillik ehtimalı ilə bağlı yayılan xəbərlər də tələbi gücləndirir.
Doğrudur, Azərbaycanda idxalın artması da dollara tələbi yüksəldir. Belə ki, 2023-cü ilin ilk 11 ayında Azərbaycan idxalı əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 5.1 faiz artaraq 15.8 milyard dollara çatıb. İllik rekord idxalın qeydə alınacağı istisna deyil.Belə olan təqdirdə isə cəmiyyətdə dolların bahalaşacağı və manatın məzənnəsinin isə dəyişəcəyi ehtimal olunur. Bəs gözləntilər özünü doğrulda bilər?
Oxu24.com referans.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli bildirib ki, hazırda dolların kəskin bahalaşacağı ilə bağlı səsləndirilən fikirlər əsassızdır:
“Azərbaycanda valyuta məzənnəsinin dünya bazarları ilə heç bir əlaqəsi yoxdur. Bizdə valyutanın məzənnəsi hökumət və Mərkəzi Bank tərəfindən inzibati qaydada müəyyənləşir. Valyuta hərraclarında dollara tələbin artması təbiidir. Hər dəfə ilin sonunda və əvvəlində bu artımı görürük, yay aylarında bir daha bunun şahidi olacağıq. Əvvəlki illərdə tələb bundan da artıq olub, dolların satış həcmi daha yüksək olub. Bu hökumətin qərarından asılıdır. Sabah da qaldıra bilərlər, heç qaldırmaya da bilərlər. Bunun dünyada gedən heç bir proseslə əlaqəsi yoxdur”.
İqtisadçı qeyd edib ki, manat üzən məzənnə rejimində fəaliyyət göstərən valyuta deyil, Azərbaycanda inzibati məzənnə rejimidir və bunlar inzibati qaydada tənzimlənir. Onun sözlərinə görə, bu il Azərbaycanda hər hansı məzənnə dəyişikliyinin olacağı gözlənilən deyil: “Çünki bu il ard-arda seçkilər ilidir. Qarşıdan parlament və bələdiyyə seçkiləri gəlir. Buna görə də bu il manatın məzənnəsinin dəyişəcəyi gözlənilən deyil. Amma bu o demək deyil ki, Azərbaycan manatı həmişə belə sabit qalacaq. Gələn ili sonu və ya 2026-cı ildə bununla bağlı hansısa qərarlar verilə bilər”.
18:35 / 28 Noyabr 2026
1
18:30 / 28 Noyabr 2026
31
18:16 / 28 Noyabr 2026
59
17:43 / 28 Noyabr 2026
81
16:40 / 28 Noyabr 2026
134
16:35 / 28 Noyabr 2026
113
16:07 / 28 Noyabr 2026
121
15:49 / 28 Noyabr 2026
491
15:41 / 28 Noyabr 2026
197
15:07 / 28 Noyabr 2026
203
14:55 / 28 Noyabr 2026
150
14:38 / 28 Noyabr 2026
281
14:09 / 28 Noyabr 2026
182
13:52 / 28 Noyabr 2026
795
13:22 / 28 Noyabr 2026
1188
13:02 / 28 Noyabr 2026
274
12:56 / 28 Noyabr 2026
178
12:43 / 28 Noyabr 2026
481
12:12 / 28 Noyabr 2026
1634
12:05 / 28 Noyabr 2026
194
11:50 / 28 Noyabr 2026
212
11:21 / 28 Noyabr 2026
204
11:13 / 28 Noyabr 2026
188
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.