Qaynar xətt:

(+99450) 247 90 86

Polis xeyli sayda adam tutdu - FOTO

Polis xeyli sayda adam tutdu - FOTO

REDAKTORUN SEÇİMİ

379

04.02.2024, 17:11

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıtda silahlı və evlərdən oğurluqlar edən şəxslər saxlanılıblar.

Oxu24.com  DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarının Corat qəsəbəsində həyata keçirdikləri tədbir zamanı əvvəllər məhkum olunmuş 1978-ci il təvəllüdlü Sərdar Heydərov saxlanılıb. Ondan 1 ədəd “Kalaşnikov” markalı avtomat silah, 1 ədəd patron darağı və 36 ədəd patron aşkar olunaraq götürülüb.

Həmçinin, Sumqayıt ŞPİ-nin 1-ci PB əməkdaşları tərəfindən son bir neçə gündə keçirilən tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 15, evlərdən və avtomobillərdən oğurluqlar edən iki nəfər də saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.