Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101380
az

Bakıda gecə klubunda dəhşətli hadisə - Müştəri tikişi sökülən köynəyini dəyişmək üçün...

22:2320 Yanvar, 2024
120
REDAKTORUN SEÇİMİ
  • A

Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən gecə klublarından birində müştərini döyən barmenə hökm oxunub.

Oxu24.com  "Qaynarinfo"ya istinadən xəbər verir ki, dava müştərinin klubun içərisində, barın arxa hissəsindəki otaqda köynək dəyişməsi üstündə baş verib.

Belə ki, Əkbər adlı müştəri tikişi sökülən köynəyini dəyişmək üçün klubun ofisiantından yer istəyib. Ofisiant onu barın arxa hissəsindəki otağa istiqamətləndirib.
 

Əkbər köynəyini dəyişərkən klubda barmen işləyən 2000-ci il təvəllüdlü Orxan Cəfərov (soyad şərti) əsəbi halda ondan otaqda nə iş gördüyünü soruşub. Əkbər isə əsəbi halda ona köynəyini dəyişdiyini və bu məsələnin ona heç bir aidiyyəti olmadığını deyib. Nəticədə tərəflər arasında mübahisə davaya çevrilib.

Orxan Cəfərov müştərini döyərək sifətin sağ yarısının şişkinlik halında əzilməsi, ağzın sağ yarısının selikli qişa səthinin qansızması və əzilmiş yarası ilə müşayiət olunan sağlamlığına zərər vurub.

Hadisədən sonra Orxan Cəfərov saxlanılıb və məhkəmənin qərarı ilə Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, yeddi ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sürücülərin diqqətinə: Bu halda polis sizə cərimə yaza bilməz
Qaz olmayacaq - XƏBƏRDARLIQ
SON DƏQİQƏ! FHN dəhşətli hadisə ilə bağlı açıqlama yaydı