Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101017
az

Mədəaltı vəzin xəstə olduğunu göstərən 10 ƏLAMƏT

21:4914 Yanvar, 2024
3269
REDAKTORUN SEÇİMİ
  • A

Mədəaltı vəzi elə bir orqandır ki, fəaliyyəti pozulanda sağlamlıq, sözün əsl mənasında, yoxa çıxır. 
 

Mədəaltı vəzi qarın boşluğunda-mədənin arxasında, sol böyrəyin yanında, iki arxa fəqərə arasında yerləşir. Uzun, əyri formaya malikdir, baş, gövdə və quyruqdan ibarətdir. Vəzi bədəndə çox vacib funksiyanı yerinə yetirir. Nazik bağırsaqda zülalların, yağların və karbohidratların  mənimsənilməsində iştirak edən fermentlər istehsal edir. Həmçinin, qanda  şəkərin səviyyəsini tənzimləyən hormonu-insulini istehsal etmək də mədəaltı vəzinin vəzifələrindəndir. 
Mədəaltı vəzinin patologiyaları ciddi həzm pozğunluqlarına, diabetin inkişafına,  digər təhlükəli xəstəliklərin yaranmasına səbəb olur.  Orqanda problem olmasının ilk işarəti qarının yuxarı hissəsində və ya sol böyürdə ağrının  mövcudluğudur.  Orqanizmin ümumi sağlamlığı naminə  mədəaltı vəzinin  vəziyyətinə nəzarət etmək, vaxtlı-vaxtında tibbi müayinələrdən keçmək lazımdır. 

Mədəaltı vəzi xəstəliklərinin ilkin əlamətləri. 

Mədəaltı vəzinin xəstəliklərinin simptomları xəstəliyin növündən və irəliləmə mərhələsindən asılıdır. Bununla belə,  bəzi əlamətlər orqanın “həyəcan siqnalı” sayıla bilər: 
I. Küt ağrı. Həm kəskin, həm də xroniki xəstəliklərdə  hiss edilən aşağı intensivlikli, tədricən artan ağrıdır. Tez-tez  təkrarlanması mədəaltı vəzinin atrofiyası zamanı, həmçinin, xroniki pankreatitin son mərhələlərində müşahidə olunur. Ağrı bir çox mədəaltı vəzi xəstəliklərinin xəbərçisidir. Ağrının episentri sol qabırğanın və epiqastral nahiyənin altındadır.  Bəzi hallarda arxasıüstə uzandıqda ağrı qurşağa gəlir və güclənir. Qadınlarda və kişilərdə mədəaltı vəzinin quruluşu, yeri eyni olduğundan simptomları da eyni olur. 
II. Kəskin ağrı. Mədəaltı vəzində kəskin ağrı şişin və zədə səbəbiylə başlayan iltihablanmanın fonunda baş verə bilər. Kəskin və xroniki pankreatitdə iltihabi proses irəliləyir. Bu xəstəliklərdə ağrı sindromu fermentlərin və mədəaltı vəzi şirəsinin qida əvəzinə öz toxumalarını həzm etməyə başlaması ilə əlaqədardır.  Əksərən, kəskin ağrı sol böyürdə baş qaldırır və mədənin aşağısını, qurşağı, beli əhatə edir. Belə ağrı, adətən, kəskin pankreatitin və xroniki pankreatitin kəskinləşməsi ilə baş verir. Bundan əlavə, alkoqol və yağlı qidalar  da ağrını kəskinləşdirə bilir. Pankreatit zamanı ağrı intensiv olur; ağrıkəsicilər və spazmolitiklər qəbul etdikdən sonra belə, azalmır. Ancaq gövdənizi irəli əysəniz və ya qarının yuxarı hissəsinə soyuq bir şey qoysanız, ağrı zəifləyər.  
III. Ürəkbulanma, qusma və yanma ilə  müşayiət olunan ağrı. Qarın əzələlərində şiddətli ağrı və gərginliklə birlikdə təkrarlanan qusma kəskin pankreatitin əlamətidir. Qarın ağrısı, bədən temperaturunun yüksəlməsi, öd suyu və qanla qarışıq qusuntu pankreanekroz zamanı baş verir. İntensivliyi tədricən azalan ağrı, qarın ağrısı, qurşaqda ağrı, kürək ağrısı kəskin pankreatitin xəbərçiləridir. Mədəaltı vəzinin toxumasının zədələnməsi nə qədər güclüdürsə, ağrı bir o qədər kəskindir. Zaman keçdikcə, patoloji proses  vəzidə sinir uclarının ölümünə gətirib çıxarır. Nəticədə,  ağrının şiddəti azalır.  Bu,  heç də müsbət hal kimi dəyərləndirilməməlidir.  Əksinə, tədricən azalan ağrı mənfi əlamətdir. İntoksikasiya ilə paralel baş verən ağrı xroniki pankreatitin, mədəaltı vəzinin xərçəngi  kimi xəstəliklərin kəskinləşməsi, yəni son mərhələyə çatması ilə əlaqədardır. Unutmayın, mədəaltı vəzinin xəstəliklərinin əksəriyyəti asemptomatikdir-müəyyən bir nöqtəyə qədər heç bir şəkildə özünü göstərmir. 
IV. Baş ağrısı. Mədəaltı vəzi ilə bağlı müəyyən problemləri olan insanlarda tez-tez baş ağrıları və miqren tutmaları baş verə bilir,  diqqətsizlik və konsentrasiya ilə bağlı problemlər yaranır.
V. Yüksək temperatur. Xəstələrin 2/3-sindən çoxunda yüksək bədən temperaturu müşahidə olunur. Mədəaltı vəzində inkişaf edən iltihabi proseslər, adətən, yüngül qızdırma yaradır. Əksər hallarda, bu, 380C-dən çox olmur. Ancaq pankreatitin iltihabı zamanı bu göstərici yüksələ bilər. 
VI. Çəki itirmək. Mədəaltı vəzinin düzgün işləməməsi bədən çəkisinə təsir edir, həmçinin, iştahın azalmasına gətirib çıxarır. Orqanın ciddi patologiyaları zamanı bədənin qida maddələrini almasına maneə yaradan hormonlar istehsal olunmağa başlayır.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Maqnit qasırğası ilə bağlı əhaliyə xəbərdarlıq! Saat 15.00-dan sonra...
Rubl görün neçəyə oldu - MƏZƏNNƏ
Bu videoya baxmadan MARKET QATIĞI ALMAYIN! - Səbəbləri

Maqnit qasırğası ilə bağlı əhaliyə xəbərdarlıq! Saat 15.00-dan sonra...

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Yunis Səfərovun şikayəti rədd edildi