Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100564
az

SENSASSİYA! İranda partlayışı bu ölkənin vətəndaşı edibmiş

21:4005 Yanvar, 2024
290
REDAKTORUN SEÇİMİ
  • A

İran dövlət televiziyasının Kəşfiyyat Nazirliyinin açıqlamasına əsaslanaraq dərc etdiyi xəbərdə Kirmanda törədilən terror aktlarından sonra başladılan əməliyyatlar barədə məlumat verilib.

 

Oxu24.com  xəbər  verir ki,Hücumu həyata keçirən 2 kamikadzenin Kerman ətrafındakı bir evdən istifadə etdiyi, terrorçulara sığınacaq və maddi-texniki dəstək verən 2 nəfərin isə orada yaxalandığı müəyyən edilib.

 

Bildirilib ki, əməliyyatın davamı zamanı 6 ştatda hücumlarda əli olduğu müəyyən edilən 9 nəfər saxlanılıb.

 

Bildirilib ki, əməliyyatlar zamanı 2 kamikadze jilet, 2 uzaqdan idarəetmə cihazı, 2 partlayıcı detonator, partlayıcı jiletlərin dağıdıcı gücünü artırmaq üçün istifadə edilən minlərlə güllə və bombaların hazırlanmasında istifadə olunan materiallar ələ keçirilib.


Araşdırmalar nəticəsində kamikadzelərdən birinin şəxsiyyətinin müəyyən edildiyi və onun Tacikistan vətəndaşı olduğu, lakin digər kamikadzenin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində işlərin hələ də yekunlaşmadığı qeyd edilib.

Əməliyyatların davam etdiyi bildirilib.

Yanvarın 3-də İnqilab Keşikçiləri Ordusu Qüds Qüvvələrinin komandiri Süleymaninin 2020-ci ilin yanvarında ABŞ-ın Bağdaddakı hücumunda öldürülməsinin 4-cü ildönümündə anım mərasiminin keçirildiyi Kirmandakı qəbiristanlığa gedən yolda iki partlayış baş verib.


Son açıqlamaya görə, hücumlarda aralarında qadın və uşaqların da olduğu 89 nəfər ölüb, 284 nəfər yaralanıb.

İran rəsmiləri partlayışların kamikadze hücumları nəticəsində baş verdiyinin müəyyən edildiyini açıqlayıb.

 

 

 

Müəllif:Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu binalar sökülür  -  VİDEO
Aprelin 14-də keçirilən imtahanların nəticələri elan olunub
Belqorod vilayətində raket təhlükəsi elan edilib

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı