Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
99906
az

Hindistan ticarət gəmilərinə hücuma görə cavab verəcək

16:4426 Dekabr, 2023
137
DÜNYA
  • A

Hindistan Qırmızı və Ərəbistan dənizlərində ticarət gəmilərinə edilən hücumları ciddi qəbul edir və bu bölgələrdə Hindistan ekipajlı iki gəmiyə edilən hücumların arxasında duranları müəyyən edib məsuliyyətə cəlb etməyə sadiqdir.

 

Oxu24.com TASS -a istinadən xəbər verir ki, bunu Mumbaydakı hərbi limanda keçirilən rəsmi tədbirdə çıxış edən respublikanın Müdafiə Nazirliyinin rəhbəri Racnat Sinq bildirib.

 

“Hindistan hökuməti bu yaxınlarda Ərəb dənizində MV Chem Pluto-ya pilotsuz təyyarə hücumunu və Qırmızı dənizdə MV Sai Babaya hücumu ciddi qəbul edir. Dənizdə patrul xidməti gücləndirilib. Bu hücumların arxasında kim dayanırsa, biz onları hətta dənizin dibində də tapıb ciddi hesaba çəkəcəyik”, - Sinq bildirib.

 

Nazirin sözlərinə görə, Hindistanın asılı olduğu beynəlxalq gəmiçilik marşrutlarındakı gərginlik ölkənin artan iqtisadi gücü ilə bağlıdır. O hesab edir ki, Hindistanın uğurları “bəzi qüvvələri paxıllıq və nifrətlə doldurub”.

Bundan əvvəl pilotsuz uçuş aparatı (PUA) Hindistan sahillərində gəmiyə hücum edərək partlayışa səbəb olub və yanğın başlayıb.

 

Bu barədə Britaniya Hərbi Dəniz Qüvvələrinin Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) saytında məlumat verilib.

 

Bundan əvvəl ABŞ Qırmızı dənizdə husilərin hücumlarının günahkarının adını çəkmişdi.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ-də NATO-nun sammiti keçiriləcək
Balasanyan da Paşinyana qarşı çıxdı - Xocalı qatili yenə xainlik etdi

Bolqarıstanın birinci xanımı Bakıda dolma bükdü

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun