Daha 16 ştat Koloradodan nümunə götürmək qərarına gəlib və ABŞ-ın keçmiş prezidenti Donald Trampın 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirakına qadağa qoyulmasını tələb edib.
Oxu24.com xəbər verir ki,bu barədə mənbələrə istinadən The New York Times məlumat yayıb.
Onların məlumatına görə, hazırda 16 ştat Trampın ABŞ prezidenti ola bilməyəcəyi ilə bağlı iddialara baxır.
Xatırladaq ki, daha əvvəl Kolorado Ali Məhkəməsi ABŞ-ın keçmiş prezidenti Donald Trampın 2020-ci il seçkilərinin nəticələrini ləğv etmək cəhdləri ilə bağlı işlərdə ona qarşı irəli sürülən ittihamlara görə ABŞ prezidenti seçilmək hüququna malik olmadığı barədə qərar çıxarmışdı.
Müəllif: Miri
Oxu24.com
ŞƏRHLƏR