Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
99585
az

Danimarka ABŞ ilə ikitərəfli hərbi müqavilə imzaladı

17:5219 Dekabr, 2023
159
DÜNYA
  • A

Amerika Birləşmiş Ştatları (ABŞ) və Danimarka ikitərəfli hərbi əməkdaşlıq sazişi imzalayıb.

 

Oxu24.com  TV2-yə istinadən  xəbər verir ki, bunu Danimarkanın baş naziri Mette Frederiksen keçirdiyi mətbuat konfransında deyib.

 

"ABŞ və NATO Danimarkanın təhlükəsizliyinin təminatçılarıdır, bu, İkinci Dünya Müharibəsindən bəri belədir və gələcəkdə də belə olacaq", - deyən Frederiksen, sazişin ikitərəfli münasibətlərdə yeni sıçrayış olduğunu qeyd edib.

 

Onun sözlərinə görə, sənəd imzalandıqdan sonra Amerika hərbçiləri və texnikası Danimarka ərazisində daimi qala biləcək.

 

Bundan əvvəl Danimarka Kiyevə üç il müddətinə 1 milyard dollar dəyərində hərbi yardım paketi ayırmaq qərarına gəlib.

 

Finlandiyanın “Helsingin Sanomat” qəzeti yazıb ki, ABŞ ordusu Finlandiyadakı 15 bazaya çıxış əldə edəcək. Amerika ordusu üçün bazaların açılması Vaşinqton və Helsinki arasında müdafiə sazişinin şərtləri ilə nəzərdə tutulub.

Bundan əvvəl ABŞ-ın İsveçdəki hərbi bazalarına çıxış əldə edəcəyi bildirilirdi.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşhur aktrisadan şok iddia:
Son 70 ildə ilk: Onlar taclarından imtina etdilər

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı