Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
99550
az

Samir Aşurov 6 il 6 ay azadlıqdan məhrum edildi

21:0918 Dekabr, 2023
164
CƏMİYYƏT
  • A

Almaniyadan Azərbaycana deportasiya olunandan az sonra həbs olunan siyasi fəal Samir Aşurovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

OXU24.COM  xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, S.Aşurov 6 il 6 ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Samir Aşurov 2021-ci ildə Almaniyadan deportasiya edilib. İttihama görə, S.Aşurov həmin ilin dekabrında Nizami rayonu ərazisində aralarında yaranmış şəxsi münaqişə zəminində Şəki şəhər sakini Elşən Nəbiyevin qarın nahiyəsinə bıçaqla xəsarət yetirib. Zərərçəkmiş şəxsin həyatını xilas etmək mümkün olub.

Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Daimi aclıq hissi zülal çatışmazlığı səbəbindən ola bilər”
Hansı çaylar arıqlamağa kömək edir?
Kəmaləddin Heydərov İranın daxili işlər nazirinə başsağlığı verdi