Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
99319
az

İran yeni raketlər alıb

11:3812 Dekabr, 2023
140
DÜNYA
  • A

İranın hava hücumundan müdafiə bölmələri hava hədəflərini qorumaq  üçün “hava-hava” raketi ilə silahlanmış yeni “Karrar” pilotsuz uçuş aparatları alıb.

 

Oxu24.com  xəbər  verir  ki,bu barədə Tasnim agentliyi məlumat yayıb.

 

“Məcid” raketlərini daşıyan pilotsuz təyyarələr bazar günü hərbçilərə təhvil verilib.

 

Qeyd edilir ki, pilotsuz uçuş aparatları qırıcılardan istifadə etməklə müqayisədə daha ucuz qiymətə hava hədəflərini tutmağı mümkün edəcək.

 

“Rəsul” layihəsi çərçivəsində pilotsuz uçan aparat əsasında hava hücumundan müdafiə sisteminin yaradılması üzrə işlər aparılıb.

Məcid raketi termal və optik başlıqlardan istifadə edərək hədəfləri izləməyə və tutmağa imkan verir.


Bundan əvvəl Amerikanın “Anduril Industries” şirkəti digər dronları tuta bilən “Roadrunner” şaquli uçuş və eniş aparatını təqdim edib.

 

Yığcam konteynerdən buraxılan qurğu iki turboreaktiv mühərrik alıb.

 

Avqust ayında məlum olub ki, İran 2000 kilometrə qədər məsafə qət edə bilən yeni “Mohajer-10” pilotsuz uçuş aparatını təqdim edib. Qurğu altı silah asma nöqtəsində 300 kiloqrama qədər faydalı yük daşıya bilir.

 

Müəllif: Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Parisdə nümayiş zamanı əldəqayırma bomba partladılıb
Almaniya rus ordusunun Avdeevka yaxınlığında irəlilədiyini bildirib
Şotlandiya parlamenti hökumətə etimadsızlıq təklifini rədd edib