Kahramanmaraşın Dulkadiroğlu səmtində baş verən zəlzələlərdə böyük ziyan görən 11 mərtəbəli 3 bina ekspert qrup tərəfindən partlayıcı maddə ilə sökülüb.
Oxu24.com xəbər verir ki,mütəxəssis qrupu fevralın 6-da Dulkadiroğlu rayonunun Doğukent rayonunda baş verən zəlzələlərdə böyük ziyan görən 11 mərtəbəli üç binaya baxış keçirib və binaların müəyyən hissələrinə 720 kiloqram partlayıcı maddə olan 9 min kapsul yerləşdirib.
Lazımi tədbirlər görüldükdən sonra verilən əmr əsasında kapsullar partladılıb və binalar dağıdılıb.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR