Yaxşı bir masaj üsulu əminik ki, hər kəsi rahatlaşdırır, amma beləsi hələ indiyənə qədər olmamışdı.
Azmedia.az Daily Mail-ə istinadən xəbər verir ki, dünyanın ən məşhur ulduzları masaj üçün Dr.Dot-un yanına gedirlər. Bu həkimin masaj üsulu isə olduqca qeyri-adidir. Beləki, Dorothy Stein insanları dişləyərək masaj edir.
Dünyanın ən məşhur rok musiqi ulduzları, idmançılar, siyasətçilər, televiziya və kino aktyorları bu üsulla masajdan yararlanmaq üçün Stein-in yanına gəlirlər.
Stein Daily Mail qəzetinə verdiyi reportajda "dişləmə" üsulunu necə tapdığını izah edib. O, bildirib ki, " bu ailədən gələn bir vərdişdir. Anam həmişə ona masaj etməyimi istəyərdi, onda hələ 5 yaşım vardı və əllərimdə o qədər də güc yox idi. Buna görədə anam mənə dişləyərək masaj etməyimi dedi. O gündən indiyənədək bu yolla masaj edirəm".
Onuda qeyd edək ki, Dr.Dotun yanına Kanye West, Paris Hilton, Katy Perry, Eminem, Adam Levine, Iggy Pop, Aerosmith, Vin Diesel, Seal, Shakira... kimi məşhurlar gedir.
Oxu24.com
ŞƏRHLƏR