Türkiyə Prezidenti Ərdoğan sabah iki günlük səfər üçün Qətərə gedəcək.
Oxu24.com Türkiyə mediasına istinadən xəbər verir ki,Ərdoğanın müakirə edəcəyi ən mühüm mövzularından biri də İsrailin Qəzzaya hücumları olacaq.
Qəzzada daimi atəşkəs və bölgəyə humanitar yardımların çatdırılması qiymətləndiriləcək.
Prezident Ərdoğan sıx diplomatiya trafikini davam etdirir.
Ərdoğan bu il 19-cu xarici səfərini Qətərə edəcək.
Prezident sabah günorta Qətərin paytaxtı Dohada olacaq. Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Hamed Al Sani ilə görüşəcək.
Həm iki ölkə arasındakı əlaqələr, həm də regional hadisələr müzakirə olunacaq.
Türkiyə ilə Qətər arasında əlaqələr son illərdə böyük sürət qazanıb. İki ölkə arasında təxminən 2,5 milyard dollarlıq ticarət həcminin daha da artırılması hədəflənir.
Prezident Ərdoğanın səfəri zamanı ticarət həcmini artırmaq üçün bəzi əməkdaşlıq müqavilələri imzalanacaq.
Ərdoğan münaqişənin dayandırılmasında vasitəçilik rolunu oynamış Qətər əmiri ilə Qəzzada humanitar sülhün bərpası və daimi atəşkəsin yaradılmasını müzakirə edəcək.
Prezident Ərdoğan çərşənbə axşamı Qətərdə olacaq. O, Körfəz Əməkdaşlıq Şurasının iclasında iştirak edəcək. Ərdoğanın bu görüşdə İsrailin Qəzzada törətdiyi qətliamla bağlı mesajlar verməsi gözlənilir.
Müəllif:Afət
Oxu24.com
ŞƏRHLƏR