Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98821
az

Əlimizi başqasına toxunduranda bizi niyə “cərəyan” vurur?

13:0002 Dekabr, 2023
165
CƏMİYYƏT
  • A

Son günlər insanlar bir-birinə, ya da hansısa əşyaya toxunduğu zaman "elektrik vurması" şikayəti ilə bizə müraciət edirlər. Hər bir canlı orqanizm, hətta cansız əşyalar belə müsbət və ya mənfi enerji ilə yüklənə bilərlər.

Bu sözləri axar.az-a açıqlamasında terapevt Sübhan Hacıyev deyib.

Hacıyev bildirib ki, bu elektriklənmə hansısa bir həyati təhlükə, ya da daxili orqanlarda fəsad yaratmır:
 

"Bu hiss insanlarda olan gərginliklə əlaqəlidir. Gərginlik müəyyən enerji yükünü artırır. Bizim orqanizmimizdə yığılıb qalan enerji yükünü digərinə ötürdüyümüz zaman isə bu cür elektriklənmələr olur. Bu xüsusi ilə yun, sintetik, rezin kimi əşyalara toxunduğumuz zaman baş verir. Təbii ki, belə hal diskomfort yaradır".

Terapevt qeyd edib ki, bu kimi halların baş verməməsi üçün insanlarımızda birinci növbədə gərginliyi və stressi azaltmaq lazımdır:

"Bunun üçün sərin duşlardan istifadə etmək və ayaqyalın torpaqda gəzmək lazımdır ki, yığılıb qalan statik enerji bədənimizi yüklü hala gətirib çıxarmasın".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada hərbi akademiyada PARTLAYIŞ: xəsarət alanlar var
Azərbaycanda 3 dərəcə şaxta qeydə alındı - FAKTİKİ HAVA
Əfqan Baxışova VƏZİFƏ VERİLDİ

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü