Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98772
az

Dəhşətli video! Terrorçular insanları belə öldürdü (18+)

16:2630 Noyabr, 2023
165
REDAKTORUN SEÇİMİ
  • A

Yerusəlimdə avtobus dayanacağında törədilən terror aktı nəticəsində azı 3 israilli ölüb, ən azı 6 nəfər yaralanıb.

 

Oxu24.com xəbər  verir  ki,Bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

"Bu səhər Qüdsdə iki fələstinli terrorçu avtobus dayanacağına atəş açaraq 3 İsrail vətəndaşını öldürüb, 6 nəfəri yaralayıb", - deyə məlumatda bildirilir.

 

İki hücumçu öldürülüb. Onların qardaş olduğu üzə çıxıb - 30 yaşlı İbrahim Nimer və 38 yaşlı Murad Nimer.

 

Hücum videoya çəkilib. Kadrlarda terrorçuların maşından sürətlə düşərək dərhal avtobus dayanacağındakı insanlara atəş açmağa başladığı görünür. Onlar çaxnaşma içində qaçmağa başlayırlar. Sonra da hücum edənlərin özlərinə atəş açırlar.

 

Xatırladaq ki, Yerusəlimdən çıxışda Givat Şaul kəsişməsində baş verən atışma ilə bağlı xəbərlər noyabrın 30-u səhər saat 07:40 radələrində yayılıb.

Hadisə yerinə avtomobillə gələn iki silahlı terrorçu avtobus dayanacağında dinc sakinlərə atəş açıb. Terror aktı İsrail və HƏMAS-ın noyabrın 24-də elan etdiyi atəşkəs fonunda baş verib.

Bu müddət ərzində tərəflər bir neçə dəfə məhbusların mübadiləsinə nail olublar. Humanitar fasilə dörd gün nəzərdə tutulmuşdu, lakin noyabrın 27-də onun daha iki gün uzadılmasına qərar verilib. Bu gün yəhudi dövlətinin ordusu atəşkəsin daha bir gün qüvvədə qalacağını açıqlayıb.

Hücum anının  videosunu  təqdim  edirik:

 

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

DİQQƏT! Mayın 16-sı tarixi ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
70 gün sonra meyiti tapılan qız görün kim imiş -Tükürpədici detallar
Qaz olmayacaq - XƏBƏRDARLIQ

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Mühafizəçini öldürən direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA