Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynadakı hərbi əməliyyatlarda iştirak etmək üçün üç min çeçen döyüşçüsü göndərməyə hazır olduğunu açıqlayıb.
Oxu24.com xəbər verir ki,Kadırov bu qüvvələrin “nasist” və “NATO təcavüzü”nə qarşı duracağını iddia edərək, onların “yüksək döyüş hazırlığını” və “qırılmaz motivasiyasını” vurğulayıb.
“Yüksək döyüş hazırlığını, texnikasını, güclü və sarsılmaz motivasiyasını nəzərə alaraq, uşaqlar istənilən mürəkkəblikdə olan əmrləri yerinə yetirə bilirlər. Biz ən yaxşıların ən yaxşısını seçdik. Bunlar bizim misilsiz liderimiz Vladimir Putinin sadiq piyadaları olmağa layiq olanlardır”, - Kadırov Telegram kanalında yazıb.
Kadırovun cəbhəyə yeni əsgərlər göndərmək barədə açıqlaması Rusiya ordusunun müharibə başlayandan bəri ən böyük itkilər verməsi ilə bağlı xəbərlərin yayıldığı bir vaxta təsadüf edir.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, noyabrda Rusiya ordusunun orta hesabla itkiləri gündə 931 nəfər təşkil edib.
İndiyədək bu ilin mart ayı ən ölümcül ay hesab olunurdu, o zaman gündə 776 nəfər Baxmuta hücum zamanı həlak olub.
Müəllif:Afət
Oxu24.com
ŞƏRHLƏR