Oxu24.com xəbər verir ki,“The Times of Israel” yazır ki, Qətərin şəxsi təyyarəsi İsrailin Ben Qurion hava limanına enib.
Nəşrin məlumatına görə, təyyarə Təl-Əvivə Kiprin Larnaka şəhərindən gəlib, bu barədə başqa məlumat hələlik verilməyib.
Nəşr həmçinin Misir və Qətərin İsrail və HƏMAS arasında girovların azad edilməsi ilə bağlı danışıqlarında mühüm rol oynadığını vurğulayır.
Noyabrın 24-də Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari İsrailin 39 fələstinli məhbusu azad etdiyini açıqlayıb.
Noyabrın 22-də İsrail və HƏMAS humanitar fasilə və bəzi girovların azad edilməsi barədə razılığa gəliblər.
Razılaşmanın birinci mərhələsi dörd günlük atəşkəs və Qəzzada saxlanılan 50 məhbusun İsrail həbsxanalarında saxlanılan 150 fələstinli məhbusla dəyişdirilməsini nəzərdə tutur. İkinci mərhələdə əlavə şəxslərin buraxılması mümkündür.
Azad edilən hər 10 girov üçün atəşkəs bir gün uzadılacaq.
Həmas həm də əsir götürdüyü iki rus qadını döyüş əməliyyatları dayandırıldıqdan dərhal sonra azad edəcəyinə söz verib.
Bundan əvvəl İsrailin müdafiə naziri Yoav Qalant qısa bir atəşkəsdən sonra Qəzzada əməliyyatın ən azı iki ay davam edəcəyini bildirmişdi.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR