Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98548
az

Daha bir universitet tələbəsində qızılcaya yoluxma aşkarlandı

13:0325 Noyabr, 2023
155
CƏMİYYƏT
  • A

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbəsində qızılcaya yoluxma faktı aşkarlanıb. 

OXU24.COM xəbər verir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, həmin şəxs 2003-cü il təvəllüdlü Dövlətov Murad Vidadi oğludur. 

Belə ki, tələbə xəstəliyi ilə əlaqədar olaraq tibb müəssisəsinə müraciət edib. Müayinələrdən sonra ona qızılca diaqnozu qoyulub. 

AzMİU-dan isə İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin tələbə qızılcaya universitetdən kənarda yoluxub və artıq sağalıb. 

Qeyd edilib ki, tələbə artıq dərslərini davam etdirir. 

Bundan əlavə, hazırda universitetin başqa tələbəsində yoluxma halı aşkarlanmayıb.

Xatırladaq ki, son günlər Azərbaycanda qızılcaya yoluxma halları müşahidə edilir. Daha əvvəl isə Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) Cəlilabad Filialının üç tələbəsində qızılcaya yoluxma faktı aşkarlanmışdı.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda 3 dərəcə şaxta qeydə alındı - FAKTİKİ HAVA
Əfqan Baxışova VƏZİFƏ VERİLDİ
Əhalinin yeni sayı açıqlandı

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Gəncədə FACİƏ: 26 yaşlı gənc dəm qazından boğuldu