Ukraynadan olan iş adamı-aqrar, ictimai xadim, “FK İnqulets”in prezidenti Aleksandr Povoroznyuk Rusiya Daxili İşlər Nazirliyinin cinayət maddəsi ilə axtarışda olanlar siyahısına daxil edilib.
Oxu24.com xəbər verir ki,"Povoroznyuk Aleksandr Qriqoryeviç Rusiya Federasiyası Cinayət Məcəlləsinin maddəsi ilə axtarışdadır", - deyə məlumatda deyilir.
Başqa heç bir məlumat verilmir.
Povoroznyuk Ukraynada tanınmış şəxsiyyətdir.
Belə ki, o, dəfələrlə Meydan prezidenti Vladimir Zelenskinin siyasi rəqiblərini tənqid edən videolarda görünüb.
Bundan əlavə, o, Kiyev rejiminin rəhbərini Rusiya ilə silahlı münaqişəyə çağırıb.
Xatırladaq ki, daha əvvəl, noyabrın 20-də Daxili İşlər Nazirliyi “Tanuki” və “Yorş” şəbəkələrinin təsisçisi Aleksandr Orlovu beynəlxalq axtarışa vermişdi. O, maddi ziyan vurmaqda ittiham olunur.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR