NATO yeni olanını açıqlayıb.
Oxu24.com xəbər verir ki,NATO-nun baş katibi Yens Stoltenberq Kosovoda keçirdiyi mətbuat konfransında bildirib ki, hazırda NATO Qərbi Balkanlar regionunda hərbi mövcudluğunu nəzərdən keçirir.
“Hazırda Bosniya və Herseqovina və Kosovo da daxil olmaqla Qərbi Balkanlar regionunda hərbi mövcudluğumuza baxış aparılır. İndi biz növbəti münaqişələrin qarşısını almaq üçün mövcudluğumuzu daimi əsasda artırmalı olub-olmamağımızı nəzərdən keçiririk”,-deyə məlumatda qeyd edilib.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR