Dövlət qurumu
Həkim-travmatoloq (Bakı)
Son tarix 17 dek 2023 - [email protected]
Vəzifə üzrə öhdəliklər:
Müalicə və diaqnostika prosesinin düzgün dəyərləndirilməsi;
Sənədləşmənin, xəstələrin müayinə və müalicəsi metodlarının düzgünlüyünün və məqsədəuyğunluğunun yoxlanılması;
Daxili normativ akt və digər sənədlərə ilkin rəyin verilməsi;
Keçirilən müayinə iclaslarında iştirak;
Tələb olunan cavab məktublarının hazırlanması;
Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələrin və tapşırıqların peşəkar səviyyədə və vaxtında icra edilməsi;
Qurumun daxili intizam və etik davranış qaydalarına riayət etmək.
Tələblər:
Ali tibbi təhsil;
İxtisası üzrə ən azı 3 il əmək stajı;
Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə təkmilləşdirmə kurslarında iştirak və sertifikat;
Azərbaycan Respublikasının Səhiyyə haqqında qanunvericiliyinin əsaslarını bilmək və digər normativ hüquqi aktları barədə məlumatlı olmaq;
MS Office komputer proqramından sərbəst istifadə etməyi bacarmaq.
İş şəraiti:
İş qrafiki: 5 günlük iş rejimi
Əmək haqqı: 1800-2200 AZN-dək
Təminatlar: İllik performans göstəricilərinə uyğun mükafat sistemi.
Müraciət qaydaları: elektron poçt ünvanına mövzu hissədə “həkim-travmatoloq” yazaraq CV göndərməklə müraciət edilir. Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxu24.com
ŞƏRHLƏR