Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98142
az

İordaniya İsrailin Qəzzada atdığı addımları özünümüdafiə hesab etməkdən imtina edir

19:4418 Noyabr, 2023
117
DÜNYA
  • A

Oxu24.com ABC News-a istinadən  xəbər verir ki, İordaniyanın xarici işlər naziri Ayman əs-Səfadi hesab edir ki, İsrailin Qəzza zolağındakı hərəkətlərini özünümüdafiə adlandırmaq olmaz.

Onun sözlərinə görə, bu, fələstinli mülki şəxslərə qarşı açıq-aşkar təcavüzdür.

“Biz hamımız İsrail müharibəsinin təkcə Qəzza üçün deyil, bütövlükdə region üçün gətirdiyi fəlakət haqqında yüksək səslə və aydın şəkildə danışmalıyıq. İndi söz seçmək vaxtı deyil. İndi faktları olduğu kimi bəyan etməyin vaxtıdır. Bu özünümüdafiə deyil. Bu açıq-aşkar təcavüzdür”, - deyə əs-Səfadi izah edib.

O əlavə edib ki, İordaniya dərhal atəşkəs və Qəzzaya humanitar yardımın verilməsini dəstəkləyir. Əl-Səfadi vurğulayıb ki, İsrail Fələstin anklavına girişi əngəlləməklə müharibə cinayəti törədir.

Oktyabrın əvvəlində Fələstin HƏMAS qüvvələri Əl-Əqsa Daşqını əməliyyatının başladığını elan edərək, İsrailə böyük raket hücumu həyata keçirib. Hücum çərçivəsində minlərlə yaraqlı yəhudi dövlətinin ərazisinə daxil olub, hərbi texnikanı ələ keçirib və yüzdən çox insanı əsir götürüb.

Buna cavab olaraq İsrail Qəzza zolağında HƏMAS-ı məhv edəcəyinə söz verərək Dəmir Qılınclar əməliyyatına başlayıb. Yəhudi dövlətinin hərəkətləri Fələstin anklavının blokadasına, kütləvi bombardmanlara və 1 milyondan çox insanın bölgənin cənubuna köçürülməsi tələbinə səbəb olub.

Daha əvvəl Türkiyə bütün dünyanı Qəzzaya kömək etməyə çağırıb.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyə ordusu daha 15 terrorçunu zərərsizləşdirib
NATO Baş katibi Kiyevdə
Jerar Depardye Parisdə saxlanıldı