Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97889
az

Gürcüstan niyə 2 ay sonra Fransanın silahlarını Ermənistana ötürdü - ŞOK DETALLAR

23:0613 Noyabr, 2023
858
ÖZƏL BÖLÜM
  • A

Xəbər verdiyimiz kimi, Fransanın hərbi texnikası Gürcüstandan keçərək Ermənistana aparılıb. Maraqlıdır ki, Gürcüstan uzun müddət Fransa silahlarının Ermənistana tranzitindən imtina edib. Bu dəfə isə durum tam fərqlidir. Yayılan foto və videolar bir faktdır ki, Gürcüstan Fransanın Ermənistana göndərilən silahlarına qapı açıb...

Durum təəssüf doğurur. Fransanın nə olduğunu, kimə və necə qulluq etdiyini biz gözəl bilirik. Müstəmləkəçi siyasət aparan, soyqırımlar törədən Fransanın özünə bənzər siyasət yürüdən Ermənistana dəstək verməsi açıq-aşkardır. Ancaq burada qonşumuz, enerji layihələrində dəstək verdiyimiz, qazla təmin etdiyimiz Gürcüstanın istifadə olunması üzücü haldır. 

Cənubi Qafqazda gərginlik yaratmaq bu dəqiqə Qərbin və eləcə də Fransanın marağında olan haldır. Gürcüstanın hazırda  Avropa İttifaqına (Aİ) namizəd statusu müzakirə edilir. Görünür ki, Gürcüstan buna görə də Qərbin, Fransanın tələblərini yerinə yetirməyi özünə borc bilir. Ancaq Gürcüstan  unutmasın ki, gah Rusiyaya, gah Qərbə, gah da Fransaya sığınan Ermənistana göndərilən silahlar bir gün onun özünə qarşı da istifadə oluna bilər. 

Gürcüstan həmişə Azərbaycanla olan enerji layihələrindən, iqtisadi əlaqələrdən qazancla çıxıb.  2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 771 milyon ABŞ dolları təşkil edib, ikitərəfli ticarətin saldosu isə müsbət 500 milyon ABŞ dolları olub. Bu il yanvar-avqust aylarında ikitərəfli ticarət dövriyyəsi 612,87 milyon ABŞ dollarını ötüb, ikitərəfli ticarətin saldosu isə müsbət 444 milyon ABŞ dolları təşkil edib.

Azərbaycanda 815 Gürcüstan investisiyalı kommersiya qurumu qeydiyyatdadır, onlardan 533-nün fəaliyyəti aktivdir. Ümumilikdə Gürcüstandan Azərbaycana 279 milyon, Azərbaycandan Gürcüstana isə 3,4 milyard ABŞ dolları məbləğində investisiya qoyulub.

Ölkələrimiz arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin (Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və s.) reallaşdırılması bölgədə sülhə və sabitliyə xidmət edir.

Mövzu ilə əlaqədar Sosial Tədqiqatlar Mərkəzinin mətbuat katibi, beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli Musavat.com-a açıqlamasında bildirib ki, təəssüf ki, Gürcüstan hökuməti belə bir siyasi oyuna alət oldu.

“Təbii ki, burada bir neçə istiqamətdə qiymətləndirmə lazımdır. Sözügedən silahların Gürcüstanın Poti limanında gözləmə müddəti 2 aya yaxın idi. Fransada doğulan, eyni zamanda Fransa vətəndaşı olan prezident Zurabişvilinin bu silahların ölkəsindən keçərək Ermənistana göndərilməsi onu göstərir ki, məhz xanım Salome Zurabişvili anti-Azərbaycan mövqeyi və Azərbaycana nifrəti olan şəxsdir. Görünür, onun dəstəyi ilə hakimiyyətdə olan güclər qalib gələrək 2 ay sonra yolu açaraq silahları Ermənistana göndərdilər ki, bu da olduqca vacib bir məqamdır. İkinci bir məqam isə Gürcüstanın Avropa İttifaqına (Aİ) üzvlük məsələsidir və gündəmdə olan bir məsələdir. Gürcüstanı Aİ-yə üzv edəcəklər, yaxud etməyəcəklər, bu, bəlli deyil. Amma görünür ki, Gürcüstanın hədəflədiyi böyük miqdarda maliyyə köməyi idi, bu hədəfə nail olmaq üçün hər halda danışıq və bazarlıq olub. Üçüncü vacib amil isə “3+3” formatının işləməməsi və lahiyənin uğursuzluğa düçar olmasına yönəlik rəsmi Tiflisin ata biləcəyi addımlardır. Belə addımların arxasında ABŞ və Fransanın olması təbii görünür. Sözügedən lahiyədə Türkiyə, Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstanın regional əməkdaşlıq formatı nəzərdə tutulurdu. Amma bu addımla Gürcüstan hökuməti başqa bir istiqamətə yönəldiyini ortaya qoymuş oldu. Hələ ki, bu mesajlar dediyim 3 istiqamət üzrə qənaət irəli sürməyə imkan verir” - deyə ekspert qeyd edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məhkəmə Xoşqədəmlə bağlı qərar çıxardı
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir?
Nə gözlənilirdi, nə oldu...- Berbok Bakıya niyə gəlmişdi?

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Şirkət maşınına basqın edib 127 min apardılar- Polis yaxaladı - Video