"Microsoft" korporasiyası "Windows 11" əməliyyat sisteminə (ƏS) quraşdırılmış proqramların sayını azaltmağa davam edəcək. Tərtibatçılar üçün ƏS-nin beta versiyasında "Foto" və "Kamera" proqramlarını silmək funksiyası aşkar edilib.
OXU24.COM bildirir ki, bu proqramların silinməsi 23585 quruluş nömrəsi ilə "Windows 11"də tərtibatçılar üçün mümkündür. "Microsoft" əvvəllər "Film və TV" və "Xəritə" proqramlarını "Windows 11"dən silib, gələcək buraxılışlarda isə "Tips", "WordPad" və "Cortana" proqramlarının silinəcəyi gözlənilir. Bu funksiyaların əlçatan olmasına dair dəqiq vaxt açıqlanmayıb.
Mütəxəssislərin fikrincə, bu yolla "Microsoft Windows" istifadəçilərinə istifadə etmədikləri proqramları silmək imkanı vermək və bununla da sistemin işini sürətləndirmək istəyir.
Xatırladaq ki, 2023-cü ilin yayında "Microsoft" rəsmi olaraq "Windows 10" və "Windows 11"də "Cortana" səsli köməkçisini dəstəkləməyi dayandırdı. Tətbiq ƏS-də 2015-ci ildə ortaya çıxıb, lakin istifadəçilər arasında heç vaxt populyarlaşmayıb.
Qeyd edək ki, bu il korporasiya həmçinin "Windows 11"də "Copilot" adlı "GPT-4" süni intellekt əsasında quraşdırılmış köməkçinin yaradıldığını elan edib.
Oxu24.com
ŞƏRHLƏR