İsrail ordusu Qəzza zolağında Fələstinin HƏMAS müqavimət hərəkatının 20-dən çox üzvünü əsir götürdüyünü, burada tam blokada altında havadan və qurudan hücumlarını davam etdirdiyini bildirib.
Oxu24.com xəbər verir ki,İsrail ordusundan verilən yazılı açıqlamada Qəzzada iyirmidən çox HƏMAS üzvünün ordu və Daxili Kəşfiyyat Təşkilatı Şin-Bet (Şabak) tərəfindən əsir götürüldüyü bildirilib.
Açıqlamada HƏMAS məhbuslarının istintaq üçün İsrailə göndərildiyi bildirilib.
HƏMAS üzvlərinə qarşı istintaqın “quru əməliyyat çərçivəsində sahədən kəşfiyyat məlumatı əldə etmək üçün” aparılacağı bildirilib.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR