Birləşmiş Ştatlar Qəzza zolağındakı tibb müəssisələrinə təsir edən döyüşlərə qarşıdır.
Oxu24.com xəbər verir ki,bunu ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan CBS News-a müsahibəsində deyib.
Onun sözlərinə görə, Vaşinqton bu mövqeyini İsrail Müdafiə Qüvvələrinə (IDF) çatdırıb.
“ABŞ günahsız insanların, tibbi yardım alan xəstələrin atəşə tutulduğu xəstəxanalarda atışma görmək istəmir. Biz bu məsələ ilə bağlı İsrail ordusu ilə aktiv məsləhətləşmələr aparmışıq”, - deyə Sallivan bildirib.
Bundan əvvəl İsrailin baş naziri Binyamin Netanyahu bəyan etmişdi ki, ölkə hakimiyyəti Qəzza zolağında dinc əhali arasında itkiləri minimuma endirməyə çalışır.
Noyabrın 11-də Böhranların İdarə Edilməsi üzrə Avropa Komissarı Janez Lenarçiç etiraf edib ki, Yaxın Şərqdəki münaqişədə müharibə edən tərəflər beynəlxalq humanitar hüquqa uyğun olaraq müdafiə edilməli olan mülki şəxslərə qarşı cinayətlər törədirlər.
Bundan əvvəl İsrail ordusu yüz minlərlə fələstinlinin Qəzza zolağının cənubuna köçdüyü barədə məlumat vermişdi.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR