İsrail ordusu anklavda hərbi əməliyyatlar başlayandan bəri Qəzza zolağında HƏMAS-ın 11 möhkəmləndirilmiş hərbi mövqeyini ələ keçirib.
Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“İDF bölmələri Qəzza zolağında hərbi əməliyyatları davam etdirir. Quru əməliyyatları başlayandan bəri İsrail HƏMAS terror təşkilatının 11 hərbi mövqeyini nəzarətə götürüb”, - məlumatda bildirilib.
Məlumata görə, gecə saatlarında İsrail Hərbi Dəniz Qüvvələri Qəzza zolağının şimalında HƏMAS təşkilatının İsrail ordusuna qarşı istifadə etdiyi binalara hücum edib.
“HƏMAS-ın dəniz texnikasının saxlandığı anbarlar da hücuma məruz qalıb. Qəzza zolağında “Əl-Şati” düşərgəsi ərazisindəki binaların içərisində hərbi hədəflər aşkar edən piyadaların xəbərindən sonra donanma bu obyektlərə hücum edib”, - deyə ordu mətbuat xidməti əlavə edib.
Məlumata görə, əsgərlər Qəzza zolağında məktəb yaxınlığında yeraltı tunel aşkarlayaraq, məhv ediblər, həmçinin, qoşunların istifadə etdiyi mühüm tranzit zonanın yaxınlığında tapılan bomba yüklü avtomobili partlatmaq üçün drondan istifadə ediblər.
Oxu24.com
ŞƏRHLƏR