Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97722
az

3 azyaşlı uşağı evdə qoyub gedən ana görün haradan tapıldı - DƏHŞƏTLİ HADİSƏ

11:4111 Noyabr, 2023
347
DÜNYA
  • A

Rusiyada  gənc ana üç uşağını yataqxanada ac-susuz qoyaraq günlərlə evə gəlməyib.

 

Oxu24.com xəbər verir  ki,  bu barədə “MVD 24” Telegram kanalında məlumat verilib.

 

Yataqxanalardan birinin sakini gecə saatlarında Jeleznoqorsk polisinə müraciət edərək bildirib ki, bir gün əvvəl qonşusu üç uşağı nəzarətsiz qoyub və geri qayıtmayıb.

Hadisə yerinə gələn qrup otaqda ən kiçiyi bir yaş yarım olan uşaqları aşkar edib.

Qonşuları ilə söhbət edən polis, uşaqların demək olar ki, bir gün baxımsız qaldığını, alt paltarında ayaqyalın şəkildə ümumi ərazidə qaçdıqlarını gördü. Bir neçə dəfə qonşular ac uşaqları yeməkləri ilə yedizdirib, geyindirməyə kömək ediblər.

Ananın şəxsiyyəti tez bir zamanda müəyyən edilib. Qadın hüquq-mühafizə orqanlarına dostunun evində spirtli içki içdiyini və yuxuya getdiyini bildirib.

Valideynlik vəzifələrini lazımınca yerinə yetirmədiyinə görə anaya qarşı protokol tərtib edilib və uşaqlar ailədən uzaqlaşdırılıb.

Bundan əvvəl Həştərxanda yoldan keçənlər küçədə iki balaca bacı tapıblar.

 

Müəllif:Nigar

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putinə Olimpiya oyunlarında atəşkəslə bağlı müraciət edildi
Berlin İsraili silahlandırmaqda davam edəcək
Ukraynanın dövlət borcu iyunda daha 1 milyard dollar artıb