Türkiyəli biokimyaçı və professor Sevgi Kolaylı antibiotik yerinə propolis istifadə etməyi məsləhət görüb.
Oxu24.com xəbər verir ki, propolisin faydalarından bəhs edən professor onun güclü antimikrob təsirinə malik olduğunu açıqlayıb. O bildirib ki, bal arıları yeşikləri soyuq və istilik kimi hər cür təhlükədən qorunmaq üçün təbiətdən topladığı və ona propolis adı verilən bu qarışığın tərkibi çox çox zəngindir. Tərkibində olan polifenollər və komponentlər olduğunu deyən Kolaylı propolisin hər dərdə dərman olduğunu vurğulayıb:
"Propolisin antibiotik dəyəri var, bazarda 3 və ya 5 növ antibiotik var, mikroblar getdikcə bu antibiotiklərə qarşı müqavimət qazanır. Mümkündür ki, 15-20 il sonra antibiotik istifadə edilməsin. Amma propolis arılar tərəfindən təbii şəkildə hazırlanmış antibiotik olduğu üçün antibiotikləri əvəz edir. Xüsusilə meşə propolisi dünya tərəfindən qəbul edilən Braziliyanın qırmızı propolisindən daha qiymətlidir. Ancaq bu məhsul arıçılar tərəfindən kifayət qədər toplanmır”.
Ekspertin sözlərinə görə, propolis bir çox tibb sahələrində istifadə olunur və xərçəng hüceyrələri böyüməsinə maneə törədir. O bildirib ki, bədənindəki sağlam hüceyrələri qoruyaraq xərçəng hüceyrələrinin inkişafını dayandıran propolisin əks təsiri demək olar ki, yoxdur.
Xüsusilə qışda yayılan qrip infeksiyalarının qarşısını almaq üçün propolis, bal və zəncəfil faydalıdır. Propolis, zəncəfil və bir neçə damcı limon və limon qabığından hazırlanan isti sirop qripə qarşı effektli vasitədir. Bundan başqa propolisin iltihab əleyhinə, yaraları tez bərpa edən, büzücü, keyidici (analgetik), antitoksik, antioksidant, ümumi gücləndirici, immunostimulyator və s. təsirləri var.
Qeyd edək ki, vərəmum kimi də tanınan propolis arılar tərəfindən ağacların tumurcuqları, cavan budaqları və yarpaqlarındakı qatranabənzər maddələri toplayıb emal etməklə alınır. Bu plastilinə oxşayan, sarı-yaşıldan qəhvəyi-qaraya qədər çox müxtəlif rənglərdə ola bilən spesifik balzam iyli maddədir. 15-17°-də bərk, 36-38°-də yumşaq, plastik, yapışan konsistensiyalıdır. Propolisin tərkibində 50-55% qatran, 30%-ə qədər mum, 8-10% efir yağları və bundan başqa müxtəlif vitaminlər və mikroelementlərlə zəngin olan 5%-ə qədər çiçək tozcuğu var.
Propolis müalicə məqsədilə ilk dəfə qədim Misirdə, sonra qədim Yunanıstanda və Romada istifadə olunub. Onun dərman xüsusiyyətləri barədə Dioskorid (b.e.ə. I əsr) "Dərman vasitələri haqqında", İbn Sina isə (980-1037-ci illər) məşhur "Həkimlik elminin qanunu" əsərində məlumat verib. Oxu24.com
ŞƏRHLƏR