Azərbaycanda ev təsərrüfatlarının tədqiqinə dair aparılan araşdırmalar göstərir ki, təsərrüfat başçısı qadın olduqda həm gəlirlər, həm də xərclər artır.
OXU24.COM xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ev təsərrüfatının başçısı qadın olduqda ayda adambaşına düşən gəlirlər 342 manata çatır. Bu məbləğ ailə başçısı kişi olduqda əldə edilən gəlirlərdən 15 manat çoxdur.
Ailənin başçısı qadın olduqda gəlirlərin artması bir neçə səbəblə bağlıdır.
Gəlirlərdə əsas fərq digər ailələrdən və ya şəxslərdən alınan vəsaitlərdə özünü göstərir. Ailə başçısı qadın olduqda digərlərindən alınan vəsaitlərin adambaşına düşən hissəsi ay ərzində 49 manatı ötür. Bu məbləğ ailə başçısı kişi olduqda 30 manat təşkil edir.
Buradan aydın olur ki, başçısı qadın olan ailələrə digər şəxslərin və ya ailələrin yardımı artır.
Bundan başqa qadın ailə başçısı olduqda pensiya gəlirlərində də fərq yaranır. Ailə başçısı qadın olduqda ailənin adambaşına düşən gəliri 12 manatdan çox artır.
Sadalanan artımlar hesabına başçısı qadın olan ailələrdə gəlirlər fərqlənir.
Gəlirlərin çox olması xərclərdəki artıma da səbəb olur. Aparılan araşdırmalar göstərir ki, başçısı qadın olan ev təsərrüfatlarında adambaşına düşən xərclər 16 manat çoxdur. Adambaşına düşən gəlirlər başçısı qadın olan ailələrdə 344 manat olduğu halda başçısı kiçi olan ailələrdə 328manat təşkil edib.
Xərclərdə yaranan fərq qida məhsullarına, geyimə, ev əşyalarına, rabitə xidmətlərinə ayrılan pulda özünü göstərib.
Oxu24.com
ŞƏRHLƏR