Ankaranın Kızılcahamam rayonunda 6 avtomobilin iştirakı ilə baş verən zəncirvari qəzada 6 nəfər xəsarət alıb.
Oxu24.com xəbər verir ki,Ankaranın Kızılcahamam rayonunda avtomobil qarşıdakı avtomobilə arxadan çırpılıb.
Qəzada ikisi yük maşını olmaqla 4 avtomobil iştirak edib.
Qəza nəticəsində 6 nəfər xəsarət alıb. Ətrafdakılar yaralılara ilkin tibbi yardım göstərərkən, hadisə yerinə sağlamlıq, xilasetmə və jandarma qrupları sövq edilib.
Yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
Müalicə olunan yaralıların həyati təhlükəsinin olmadığı bildirilib.
Yolun bir müddət hərəkətə bağlanmasına səbəb olan qəza ilə bağlı araşdırma başladılıb.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR