Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97613
az

Ev şəraitində dadlı, ucuz və ziyansız popkorn - FOTOlar

19:4909 Noyabr, 2023
111
CƏMİYYƏT
  • A

Popkorn bir çoxlarının xoşladığı qidalardan biridir.

OXU24.COM  xəbər verir ki , əsasən də film izləyərkən popkorn yemək çoxlarının vərdişidir. Ancaq popkornun orqanizmə zərərləri də məlumdur. Çünki mikrodalğalı sobada bişirilmək üçün nəzərdə tutulmuş hazır popkorn paketləri olduqca çox konservant və kimyəvi maddələr ehtiva edir.

Bu halda ev şəraitində ziyansız, dadlı və həmçinin də ucuz başa gələn popkornu necə hazırlamaq olar?

Bunun üçün ilk əvvəl sadəcə bir qarğıdalı bankası (ya da təzə qarğıdalı, sonra özünüz təmizləyin) və kərə yağı alın.

Qarğıdalı dənələrini bir kasaya boşaldın. Dörddə bir stəkan kifayət edəcək.

Sonra kərə yağını doğrayın. Nə qədər yağ kəsmək lazım olduğuna zövqünüzə görə özünüz qərar verin. Adətən bir dəfə üçün iki xörək qaşığı yağ istifadə olunur.

Bundan sonra qarğıdalı tökülmüş kasanın ağzını içinə yağ qoyulmuş boşqabla örtün. Yağ üstdə qalmalıdır.

Sonra kasanı mikrodalğalı sobaya qoyun. Hansı müddətə qoyacağınız sobanın gücündən asılıdır. Adətən sobada 3 dəqiqə saxlanılır.

Boşqab havanın kasadan çıxmasına imkan vermir. Nəticədə istilik daxildə sirkulyasiya edir, qarğıdalı dənələri isə bu halda tez partlayır.

Qarğıdalı dənələri partladıqda kasanı sobadan ehtiyatla çıxarın. Kasa isti olacağı üçün əlcəkdən istifadə edin. Boşqabın içindəki ərimiş yağı yeni partlamış qarğıdalının üzərinə tökün.

Sonda zövqünüzə görə duz əlavə edin. Popkorn hazırdır!

 

 
 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Böyürtkənin əvəzolunmaz faydaları
İbrahim Tatlısəs Bakıya əlil arabasında gəldi –FOTOLAR
Yuxuda çiçək görmək nə vəd edir? – Gözəllik və inkişaf

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı