Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97509
az

Anasını dəfn edib döyüşə qayıtdı  — Bir Şəhidin həyatı

21:3607 Noyabr, 2023
696
ÖZƏL BÖLÜM
  • A

Lokal antiterror tədbirləri nəticəsində həyatını itirən şəhidlərimizdən biri də Ruslan Əbülfət oğlu Abbasovdur.

Oxu24.com  xəbər verir ki, Ruslan Abbasov 1995-ci il sentyabrın 4-də Mingəçevirdə doğulub.

O, 2002-ci ildə 15 saylı orta məktəbə daxil olub.

2010-cu ildə 8-ci sinifi bitirdikdən sonra təhsilini Cəmşid Naxçıvanski adına hərbi liseydə davam etdirib. 2013-cü ildə hərbi liseyi bitirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbə daxil olub .

 

2014-cü ildə atasını itirib. 2017-ci ildə AAHM bitirərək leytenant rütbəsi ilə N saylı hərbi hissədə tağım komandiri vəzifəsində işə başlayıb. 2018-ci ildə "Azərbaycan ordusunun 100 illiyi" Yubiley medalı ilə təltif olunub. 2020-ci ilin yayında baş leytenant rütbəsinə yüksəlib və N saylı hərbi hissədə bölük komandiri vəzifəsinə çalışıb.

 

2020-ci ilin sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla döyüşüb. Döyüşün ən qızğın vaxtlarında, oktyabr ayının 30-u axşam saatlarında anası vəfat edib. 31 oktyabr döyüşdən gələrək anasını dəfn edib və yenidən döyüşə qayıdıb. Ona "biraz gözlə, özünə gəl, sonra get" deyiləndə, o, "mən heç bir əsgərimin valideyninə övladın şəhid oldu deyə bilmərəm" deyib.

 

44 günlük Vətən müharibəsi ərzində “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli, “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

2023-cü il 19 sentyabrında lokal antiterror tədbirləri zamanı bir çox separatçı mövqelərini məhv edib. Həmin tarixdə düşmən atəşi zamanı bölüyü sığınacağa köçürən zaman şəhid olub.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əməkhaqqı ilə bağlı dəyişiklik maaşlara təsir edəcək? - Əhalinin diqqətinə
Paşinyanın Moskva ziyarətinin formallığı – “buzlar” yenə ərimədi – ŞƏRH
Xalqa bağışlanmış ömür - Ulu Öndərin anadan olmasından 101 il ötür

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Polis Ağcabədidə əməliyyatlar keçirdi