Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97490
az

Pentaqon Ukraynaya 11,8 milyard dollar verməyə çağırıb

18:5407 Noyabr, 2023
71
DÜNYA
  • A

ABŞ-ın bir sıra departamentlərinin rəhbərləri, o cümlədən müdafiə naziri Lloyd Ostin, dövlət katibi Entoni Blinken və maliyyə naziri Canet Yellen ABŞ Konqresini Ağ Evin Kiyevə 11,8 milyard dollar ayırmaq tələbini təsdiqləməyə çağırıb.

 

Oxu24.com xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında bildirilir.

 

“Bu gün maliyyə naziri Janet Yellen, müdafiə naziri Lloyd Ostin, dövlət katibi Antoni Blinken və USAİD-in administratoru Samanta Pauer Konqresə məktub göndərərək, Konqresi Bayden Administrasiyasının Ukraynaya birbaşa büdcə dəstəyi üçün 11,8 milyard dollar tələbini təsdiqləməyə çağırıb”, - deyə departamentdən bildirilib. 

 

Qeyd olunur ki, Kiyevə yeni dəstək paketi “qlobal çağırışlar dövründə ABŞ-ın milli təhlükəsizlik maraqlarını” təmin edəcək hərbi, iqtisadi və humanitar yardımlardan ibarət olacaq.

 

Məktubda həmçinin bildirilir ki, Ukraynanın maliyyələşdirilməsi şəffaf prosedurdur və “görünməmiş səviyyədə” ciddi nəzarətə tabedir.

Bundan əvvəl ABŞ Konqres ayırmaları kəsdiyi üçün Ukraynaya hərbi dəstəyi azaltmalı idi.

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyə İsraillə bütün ticarət əlaqələrini KƏSDİYİNİ TƏSDİQLƏDİ - YENİLƏNDİ
Tbilisidə polis kütləvi həbslərə başladı
Moskvada zavod yanır - VİDEO

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Ölkəyə 87 kq narkotik gətirən şəxs saxlanıldı - VİDEO