Polşanın keçmiş xarici işlər naziri və Avropa Parlamentinin (AP) üzvü Anna Fotiga hesab edir ki, Avropa İttifaqının (Aİ) genişlənməsi qitədə sabitliyə nail olmaq üçün əsas vasitə olaraq qalır.
Oxu24.com xəbər verir ki,X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində o, assosiasiya üzvlüyünə namizədləri “boz zonada” buraxmamağa çağırıb.
“Genişlənmə siyasəti Avropada sabitlik və firavanlığa nail olmaq üçün əsas alət olaraq qalır. Bu, strateji geosiyasi qərardır və biz tərəfdaşlarımızı boz zonada qoyaraq səhvləri təkrarlamağa imkan verə bilmərik”, - deyə parlamentari yazıb.
O, Balkanlardakı və Türkiyədəki vəziyyəti izlədiyini qeyd edib, həmçinin Ukrayna və Moldovanın “qeyri-adi şəraitə baxmayaraq” əldə etdiyi irəliləyişi yüksək qiymətləndirib. Onun fikrincə, Avropa İttifaqı da Gürcüstana “qapılarını bağlamamalıdır”, lakin ölkənin hakim partiyasının bəzi addımları “həyəcan yaradır”.
Bundan əvvəl Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Avropa İttifaqının genişlənməsini tarixin çağırışı və siyasi zərurət hesab etdiyini bildirmişdi.
Aİ üzvlüyünə rəsmi namizədlər arasında Albaniya, Monteneqro, Şimali Makedoniya, Serbiya, Türkiyə, Moldova və Ukrayna var. 1987-ci ildən ittifaq üzvlüyünə namizəd olan Ankara AB-yə daxil olmağı ən çox gözləyirdi.
Bundan əvvəl Zelenski Avropa İttifaqını bütün qitədə genişləndirməyə çağırıb.
Müəllif:Afət
Oxu24.com
ŞƏRHLƏR