Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97236
az

Metroda atışma:Polis qadını güllələdi - VİDEO

16:4131 Oktyabr, 2023
377
REDAKTORUN SEÇİMİ
  • A

Parisdə polis hədə-qorxu ilə qışqıran və metro qatarında terror aktı törətməyə çağıran qadına atəş açıb.

 

Oxu24.com xəbər verir  ki,Bu barədə BFMTV kanalı yerli hüquq-mühafizə orqanlarındakı anonim mənbələrinə istinadən məlumat yayıb.


Paris polisi metroda terror aktı törətməyə çağıran qadına atəş açıb

Qatarda olan sərnişinlər aqressiv qadın barədə polisə xəbər veriblər. Hadisə yerinə gələn mühafizəçilər stansiyadakı bütün insanları təxliyə edərək, hücum edən şəxsi saxlamağa çalışıblar.

Amma o, asayiş keşikçilərinin tələblərini yerinə yetirməkdən boyun qaçırıb və müqavimət göstərməyə başlayıb. Daha sonra polis atəş açmağa məcbur olub.

"Polis Fransua Mitteran Kitabxanası stansiyasında qadına atəş açıb. O, terrora haqq qazandıran hədələr və ifadələr söyləyirdi", - deyə yerli mediada yayılan xəbərlərdə bildirilib.

Qadın qarnından güllə yarası alıb və polis onu metro stansiyasından çıxara bilib. Onun üzərində heç bir partlayıcı tapılmadığı qeyd edilir.

Xatırladaq ki, Fransa oktyabrın 13-dən terror təhlükəsinin maksimum səviyyəsini tətbiq edib. Buna səbəb Arras şəhərindəki məktəbin həyətində bir nəfərin bıçaqla insanlara hücum etməsi olub. Hadisə  zamanı  20 yaşlı keçmiş tələbə müəllimi öldürüb.

 

Müəllif:Nigar

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda COP29-la bağlı yüzlərlə taksi və 400-ə yaxın avtobusun hərəkəti təşkil ediləcək
Hava ilə bağlı AÇIQLAMA
Sevindik Hətəmov Hacıqabulun icra başçısı təyin edilib