Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97112
az

Çörəyin ucuzlaşmasının səbəbi açıqlandı

15:0828 Oktyabr, 2023
172
CƏMİYYƏT
  • A

oktyabr ayının 26-dan etibarən bir sıra ticarət şəbəkələrində 650 qramlıq dairəvi (zavod) çörəyin qiyməti 60 qəpikdən 55 qəpiyə düşüb.

Nazirlər Kabnetindən Bakıvaxtı.az-a bildirilib ki, qiymət enməsi “Bravo”, “Bazarstore”, “Al”, “Araz”, “OBA”, “Rahat”, “Sarı”, “Alvadi”, “Grandmart”, “Bolmart”, “Megastore”, “Bizim market”, “Baqqal” mağazalar şəbəkələrində müşahidə olunur.

Xatırladaq ki, bu enmə bu il ərzində çörəyin qiymətində artıq 3-cü enmədir. Belə ki, cari ilin mart ayında sözügedən çörəyin qiyməti 70 qəpikdən 65 qəpiyə, iyun ayında isə 65 qəpikdən 60 qəpiyə enmişdir. Beləliklə 650 qramlıq dairəvi (zavod) çörəyinin qiymətində il ərzində ümumilikdə 21.4% enmə olmuşdur.

Bəs çörəyin qiymətinin ucuzlaşmasına səbəb nədir?

Son bir neçə ayda dünya bazarlarında, xüsusilə də Azərbaycan üçün əsas idxal bazarları olan Rusiya və Qazaxıstanda ərzaqlıq buğdanın qiyməti ucuzlaşıb. Belə ki, cari ilin oktyabr ayında ərzaqlıq buğdanın orta aylıq idxal dəyəri 230.9 ABŞ dolları təşkil etmişdir ki, bu 2022-ci ilin oktyabr ayı (320.4 ABŞ dolları) ilə müqayisədə təqribən 28% aşağıdır. Eyni zamanda beynəlxalq proqnozlarda bu il buğda istehsalının artacağı vurğulanır.

Çörəyin qiymətinin enməsinə səbəb kimi unun topdansatış qiymətlərinin aşağı düşməsi göstərilə bilər. Respublikada aparılan antiinflyasiya tədbirləri çərçivəsində monitorinqi həyata keçirən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəsmi internet saytına istinadən 26 oktyabr 2023-cü il tarixə olan məlumata əsasən, 50 kq-lıq qablaşdırmada un kisəsinin topdansatış qiyməti 26.40 manat - 28.50 manat aralığındadır. Qeyd edək ki, 2022-ci ilin oktyabr ayında unun topdansatış qiyməti 40 manat – 40.15 manat aralığında təşkil edirdi.

Məlumat üçün bildirilib ki, Azərbaycanda ərzaqlıq buğdanın, unun və çörəyin qiyməti tənzimlənən tariflər əsasında deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında və ərzaqlıq buğdanın dünya bazarındakı (o cümlədən əsas idxal bazarlarındakı) qiymətlərinə uyğun olaraq formalaşır. Tələb-təklif prinsipinə uyğun olaraq daxili bazarda unun topdansatış qiymətinin aşağı düşməsi öz növbəsində çörəyin qiymətinə də birbaşa təsir edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rəhbər olmaq istəyənlərin NƏZƏRİNƏ
Bu gün Bakıya sulu qar yağacaq -PROQNOZ
Tənhalığın gözlənilməz TƏHLÜKƏSİ -Bu vəziyyətə düşmə ehtimalı çoxdur

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Şirkət maşınına basqın edib 127 min apardılar- Polis yaxaladı - Video