Bakının Nizami rayonunda doqquz mərtəbəli yaşayış binasını üfunət bürüyüb.
OXU24.COM oxu.az-a istinadən xəbər verir ki, Cəmşid Naxçıvanski küçəsində yaşayan sakinlər binanın zirzəmisinə dolan kanalizasiyadan şikayətçidir.
Onların sözlərinə görə, bu problem aylardır ki var, hətta havanın isti keçdiyi günlərdə kəskin qoxu ətrafı bürüyür.
Sakinlər onu da bildirib ki, bəzi günlərdə zirzəmiyə yığılan kanalizasiya suyunun səviyyəsi yarım metrə çatır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Oxu24.com
ŞƏRHLƏR